Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Məktəbin həyəti zəbt olunmayıb

Məktəbin həyəti zəbt olunmayıb

Avqustun 26-da saytda “Mənə böhtan atıblar” başlıqlı yazı dərc olunmuşdu. Yazıda bildirilirdi ki, Bakı sakini Yusif Hacıyev müraciət edib. Xatırladaq ki, son günlərdə KİV-də Yusif Hacıyevi 263 saylı məktəbin ərazisini zəbt etməkdə ittiham edən yazılar sıx-sıx dərc olunur. Onun sözlərinə görə, qonşuluqda yaşayan Qasımov qardaşları onu müxtəlif KİV-lər vasitəsilə şərləməyə, 263 saylı mətkəbin ərazisinin zəbtində ittiham etməyə çalışırlar. “Bu, tamamilə yalandır”, – deyə Y.Hacıyev sayta bildirib.

O, heç vaxt özgə mülkiyyətini zəbt etmədiyini bildirib. “Qanunun tələblərinə uyğun olaraq, mən Xətai Bələdiyyəsinə müraciət etdim. Bələdiyyə Mehmandarov küçəsi 76 ünvanında mənə torpaq sahəsi ayırdı və qanuni şəkildə o torpaq sahəsini aldım”, – deyə Y.Hacıyev vurğulayıb.IMG_2035-2-1

Y.Hacıyev həmin torpaq sahəsində ev tikmək üçün Bakıdakı mənzilini və rayondakı evini satdığını qeyd etdi. “Qasımov qardaşlarından Ramil adlı birisinin Photo0023-1əlilliyi var, gözdən qüsurludur. Atası ona ailəsini saxlamaq üçün obyekt qoyub. Lakin qardaşlardan böyüyü Aqil Qasımov hər şeyi öz əlinə alıb. Bu şəxs mühafizə polisində işləyir. Obyekti də müxtəlif sahibkarlara icarəyə verib”, – deyə Y.Hacıyev bildirib.

“Onlar sizə niyə böhtan atsın ki?”, – deyə soruşduq. “Məsələ ondadır ki, böyük qardaş düz obyektin üstündə “Bakcell” antennası qoymaq istəyirdi. Amma bu, insanların sağlamlığına zərərlidir. Mən və digər qonşular etiraz etdikdə isə Aqil Qasımov mənə qarşı kampaniyaya başladı”, – deyə Y.Hacıyev cavab verdi.

Y.Hacıyevin sözlərinə görə, Aqil Qasımov onu 263 saylı məktəbin ərazisini zəbt etməkdə günahlandırır. Avqustun 29-da biz 263 saylı məktəbin direktoru Nəsimi Abbasovla əlaqə saxladıq. N.Abbasov bildirdi ki, məktəb həyətinin zəbt olunmasıyla bağlı informasiya həqiqətə uyğun deyil.

Onun sözlərinə görə, beş il əvvəl onun direktor olmasından sonra məktəbin ərazisi hasara alınıb və orda heç bir tikinti aparılmayıb.

Kavkaznews.az

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın