Ana səhifə / Media / Məktəb bufetlərinə kim nəzarət edir? – Açıqlama

Məktəb bufetlərinə kim nəzarət edir? – Açıqlama

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin bufet və yeməkxanalarında iaşə xidməti Nazirlər Kabinetinin “Təhsil müəssisəsində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normalarının təsdiq edilməsi haqqında” Qərarına uyğun olaraq aparılır və nəzarətdə saxlanılır.

Bu barədə AzVision.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, məktəb bufet və yeməkxanalarına nəzarət işi mütəmadi olaraq yerinə yetirilir.

Həmçinin bildirilib ki, məktəb bufet və yeməkxanalarının fəaliyyətinə görə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə bağlanmış müqavilə çərçivəsində iaşə xidməti göstərən müvafiq müəssisələr məsuliyyət daşıyır.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın