Azinforum.az Trend-ə istinadən xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərovun sözlərinə görə, onlayn məlumat sisteminin yaradılması işləri BMT-nin Əhali Fondu ilə birgə həyata keçirilən layihə çərçivəsində aparılır: “Həmin layihə çərçivəsində artıq ekspertlər seçilib. Bu il ərzində bu onlayn sistem yaradılacaq və fəaliyyətə başlayacaq”.

E.Səfərov qeyd edib ki, həftənin 7 günü ərzində 24 saat fəaliyyət göstərən “Qaynar xətt”in yaradılması da nəzərdə tutulur.