Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Məcburi köçkün Bakı Sığorta Şirkətindən şikayətçidir

Məcburi köçkün Bakı Sığorta Şirkətindən şikayətçidir

Bun gün Qaradağ rayonu Lökbatan qəsəbəsi, Bünyadzadə 1B/m49-da yaşayan Füzuli rayonundan məcburi köçkün Kazımov Nihal Fariz oğlu tərəfindən redaksiyamıza şikayət ərizəsi daxil olub.

Ərizədə qeyd edilir ki, Kazımov Nihal Fariz oğluna məxsus olan Mercedes Benz E320 markalı 90-LD-778 dövlət nömrə nişanlı avtomaşın “Bakı Sığorta” şirkətində sığortalanıb. (Müqavilə nömrəsi(MIPTK5250/15).

15.10.2015-ci il tarixdə yaşadığı ünvanda gecə saatlarında avtomaşın istintaqa məlum olan şəxs tərəfindən küt əşya ilə bütün hissələri dərindən cızılaraq 800-1000 manat məbləğində maddi ziyan vurulub.

“Mən vaxtında hadisəylə bağlı polisi və sığorta şirkətini məlumatlandırmışam və lazımi sənədləri toplayıb Bakı Sığorta şirkətinə təqdim etmişəm. Buna baxmayaraq sözügedən şirkət mənə dəymiş maddi ziyanı ödəməkdən boyun qaçıraraq bağladığı müqavilədə göstərilməyən müddəanı əsas gətirərək avtomaşına dəymiş ziyanı ödəməkdən boyun qaçırır. Dedilər hara istəyirsən şikayət et, bu şirkət elə şəxslərindir ki, heç nə edə bilməzsən. Mən isə bu şirkətə 480 manat sığorta haqqı ödəmişəm. Hazırda məcbur olub avtomobilimi öz vəsaitim hesabına düzəltdirirəm”.

Zərəçəkmiş məsələ ilə bağlı redaksiyadan kömək istəyir. Telefon vasitəsilə Nihal Kazımovla əlaqə saxladıq. O, bir daha redaksiyadan kömək istədi.

P.S. Yazı dərc edilərkən şirkətlə əlaqə saxlamaq cəhdimiz baş tutmadı.

Mövzuya qayıdacağıq.

modern.az

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın