Ana səhifə / Media / Məcburi köçkün abituriyentlər üçün qaydalar dəyişdi

Məcburi köçkün abituriyentlər üçün qaydalar dəyişdi

Ali məktəbə qəbul qaydalarında müəyyən abituriyentlər var ki, onlara ödəniş haqlarında güzəştlər edilirdi.

A24.Az xəbər verir ki, bu ailələrdən biri də məcburi köçkünlərdir. Məcburi köçkünlər dövlət statuslu universitetlərdə ödənişli əsaslarla fakültələrə qəbul olunduqda təhsil haqları dövlət tərəfindən ödənilirdi.

Məcburi köçkün statuslu abituriyentlərin ali məktəblərə qəbul edilməsi qaydalarında isə gələn ildən etibarən dəyişiklik olacaq. Belə ki, 2018/2019-cu il tədris ili üçün ali məktəblərə qəbul imtahanında ödənişliyə düşən bütün məcburi köçkün statusu olan hər kəs ödəniş ödəyəcək.

2017-ci il isə ödənişli əsaslarla ali məktəbə qəbul olanların ödənişi dövlət hesabına olacaq. Amma növbəti ildən etibarən bu qayda ləğv edilir.

Qeyd edək ki, özəl universitetlərdə təhsil haqları yuxarı olduğuna görə abituriyentlər həmin təhsil ocaqlarına sənəd verə bilmirdilər. Təhsil haqlarının baha olmasına həmin tədris ocaqlarından bəzilərini bağlanma təhlükəsi ilə üz-üzə qoydu və aralarında bağlananlar da oldu. Bu il isə özəl ali məktəblərin demək olar ki yarıdan çoxunda illik təhsil haqqlarında endirim olacaq.

Özəl universitetlərlə əlaqə saxladıq və demək olar ki, əlaqə saxladığımız universitelərdən bildirdilər ki, 2017-2018-ci il tədris ili üçün qiymətlər kəskin şəkildə endirilib. Özəl təhsil ocaqlarında illik təhsil haqlarında 40 faizədək endirimlər var. Ortalama olaraq qiymətlər 1500-2000 manatdan başlayır.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın