Bazar , Oktyabr 25 2020
Ana səhifə / Media / Mətbuat Şurasının adından saxta vəsiqələri kim paylayıb?-FOTO

Mətbuat Şurasının adından saxta vəsiqələri kim paylayıb?-FOTO

Jurnalist adından istifadə edən dələduzların cinayət xarakterli daha bir əməli ifşa olunub.

“AzPolitika”nın məlumatına görə, “Facebook”da “qaynar-xett.az” adlı saytın müxtəlif şəxslərə payladığı vəsiqələrin fotoları yayılıb. Deyilənə görə, bölgələrdə 500 manata satılan (!) bu vəsiqələrin üstündə “Azərbaycan Respublikası Mətbuat Şurası” yazılıb, vəsiqəni verən şəxslər arasında isə saytın “baş direktoru” ilə yanaşı MŞ sədri Əflatun Amaşovun adı və “imzası” qeyd olunub. Yəni guya ki, bu vəsiqələr Mətbuat Şurası tərəfindən verilib və sədr Əflatun Amaşov tərəfindən imza ilə təsdiq olunub.

Vəsiqəni alanlardan biri Mirzəyeva Zərifə Mirzalı qızıdır. “Facebook” istifadəçilərindən Habil Tağıyev bu qadının Ağdamda aptek müdirəsi olduğunu, vəsiqəni 500 manata aldığını yazıb və vəsiqənin fotosunu paylaşıb. “Bu vəsiqə Ağdamda bir aptek müdirəsinə 500 manata satılıb (Aldığımız məlumata görə yüzlərlə belə vəsiqələr paylanıb). Müddəti də 4 ildir. Xanım müdirəyə də tapşırıblar ki, bu vəsiqə daşdan keçən vəsiqədir, hansı jurnalist gəlsə qəbul etməyin (Öz nömrəsini də qoyub ki, gələn olsa bu nömrəyə zəng edin). Xanıma onu da deyiblər ki, bu vəsiqə Əflatun Amaşovun sədri olduğu bir təşkilatın vəsiqəsidir”.

vesiqe

Mətbuat Şurasının əməkdaşı Əvəz Rüstəmov məsələ ilə bağlı bunları deyib: “Bu vəsiqələr guya Azərbaycan Mətbuat Şurasınındır. Kimlərsə Şuranın adından istifadə edərək axırıncı yola əl atıb. Onlar vəsiqə satmaqla, ayrı-ayrı şəxslərə bu vəsiqələri göstərib qorxutmaqla, hədə-qorxu gəlməklə, etdikləri murdarlığa mədəni libas geydirməklə məşğuldurlar. Bəziləri də var ki, məsələni öz aləmlərində ictimailəşdirirlər. Sanki onların kim olduqlarını, bu vəsiqə dəllallarından az da olsa, fərqlənmədiklərini bilmirik…
Mətbuat Şurasının adından istifadə edən vəsiqəbazlar tam arxayın olsunlar ki, hər biri qanun qarşısında cavab verməli olacaq. Elə indidən bu cür ağlasığmaz yaramazlığı necə düşündüklərinə izahat verməyi boş başlarında məşq etsinlər. Əgər bacaracaqlarsa”.

2015-06-11-13-40-23eflatun-amasov-tekk-yenn1493715093

Məsələ ilə bağlı Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov da Modern.az-a açıqlama verib. Mətbuat Şurasının sədri deyib ki, saxta sənəd hazırlayan şəxslər hüquqi məsuliyyət daşımalıdır ki, belə hallar yenidən təkrarlanmasın: “Mətbuat Şurası belə halların qarşısının alınması üçün müvafiq addımlar atacaq. Biz ilk növbədə cəmiyyətə açıqladıq ki, belə hallar var. Kimlərsə bu cür hallarla qarşılaşarsa, bilsinlər ki, həmin sənədlər saxtadır. Burada məqsəd onlara qarşı mübarizə aparmaqdır”.

Əməkdaşımız saxta vəsiqələrin üstündə adı qeyd olunan “qaynar-xett.az” saytı ilə əlaqə saxlamağa çalışıb. Lakin saytda əlaqə vasitəsi kimi telefon nömrəsi, ünvan və sairə göstərilmədiyindən onlarla danışmaq mümkün olmayıb.

Fikrimizcə, əgər Mətbuat Şurası prinsipiallıq göstərərsə, cinayət xarakterli belə saxtakarlıqla məşğul olub, Azərbaycan mətbuatını, jurnalistikasını hörmətdən salan bu dələduzların hüquq-mühafizə orqanları tərəfindən aşkar olunması çətin olmayacaq. Vəsiqəni verən də, alan da, bu faktı ictimailəşdirənlər də məlumdur. Qalır Mətbuat Şurasının hüquq-mühafizə orqanlarına rəsmi şikayət etməsi. Edəcəklərmi və nəticəsi nə olacaq, bunu yaxın günlərdə görəcəyik.

“AzPolitika”

qaynar

Həmçinin oxuyun

Azərbaycanla bağlı qərəzli xəbər yayan “Amerikanın səsi” üzr istədi

“Amerikanın səsi” radiostansiyası rəsmi feysbuk səhifəsində və saytında Azərbaycana qarşı daima qərəzli mövqeyi ilə fərqlənən …