Cümə , Dekabr 9 2022
Ana səhifə / Media / Mətbuat Şurasından vitse-spikerə cavab: “Jurnalisti təhdid etmək olmaz!”

Mətbuat Şurasından vitse-spikerə cavab: “Jurnalisti təhdid etmək olmaz!”

Xəbər verdiyimiz kimi, Konkret.az-ın Analitik Qrupu “Azərbaycan” qəzetinin 15 oktyabr tarixində çıxan nömrəsini kəskin tənqid edib. 

Qeyd olunub ki, qəzetdə yer alan rəsmi şəxslərin və deputatların məqalələri və ya onların imzası ilə verilmiş yazılar qalib ölkənin rəhbərinin adına layiq deyil. Altında dövlət məmurlarının, siyasi xadimlərin, ölkənin tanınmış şəxslərinin imzası olan məqalələrin hamısı ucdantutma plagiat, oğurluqdur. 

Ötən gün vitse-spiker Fəzail İbrahimli Milli Məclisdə çıxışı zamanı bu məsələyə də toxunub. O, həmin jurnalistlərin cəzalandırılması üçün çağırış edib.

Mövzu ilə bağlı  Mətbuat Şurası idarə heyətinin etika komissiyasının sədri Qulu Məhərrəmli Yenisabah.az-a danışıb. O, faktlara söykənərək araşdırma aparan jurnalistlərin bu şəkildə təhdid olunmasının yolverilməz olduğunu deyib:

“Mən hesab edirəm ki, fakta əsaslanan yazılar, sanballı araşdırmalar, olduqca düşünülmüş, heç bir qərəz güdməyən araşdırma yazılarına görə heç kim jurnalistə təzyiq edə bilməz. Əgər biz hər hansı yazıda faktları təhrif etmiriksə, qərəzsiziksə, xüsusi bir məqsədimiz yoxdursa, davamlı olaraq bir obyekti tənqid atəşi altında saxlamırıqsa, heç kimin bizə ciddi iradı ola bilməz. Hansı səviyyədə olursa olsun, istər deputat olsun, istər hüquq-mühafizə orqanının işçisi olsun, istərsə də universitet müəllimi olsun əgər onunla bağlı konkret faktlara söykənən materiallar çap olunursa, araşdırmalar aparılırsa, jurnalistlərə təzyiq etmək, onları qorxutmaq, təhdid etmək doğru deyil. Bu statusundan asılı olmayaraq hər bir şəxsə aiddir. Konkret olaraq Milli Məclisdə səsləndirilən fikirlərə gəldikdə isə, fikrimcə, predmet ictimaiyyətə çox aydın təqdim olunmalıdır, jurnalistin qərəzi varsa, o üzə çıxarılmalıdır. Yox, əgər bunlar yoxdursa, jurnalistləri bu şəkildə təhdid etmək olmaz”. 

Həmçinin oxuyun

Şamaxıda tutan Ərdəbil radiosu – İranın məkrli təbliğatını necə əngəlləyək…

Sirr deyil ki, İran rejimi uzun illər ərzində din pərdəsi altında xain məqsədləri üçün Azərbaycanda …