Bazar ertəsi , Dekabr 4 2023
Ana səhifə / Media / Mətbuat Şurası “PRESS” yazılmış gödəkçələrin verilməsini dayandırıb

Mətbuat Şurası “PRESS” yazılmış gödəkçələrin verilməsini dayandırıb

Mətbuat Şurası “PRESS” yazılmış gödəkçələrin verilməsini dayandırıb

Bu barədə oktyabrın 31-də Mətbuat Şurası məlumat yayıb. 

Qurum bəzi şəxslərin sosial şəbəkələrdə Şuranın loqosunun əksini tapdığı gödəkçələrdə “media prinsiplərinə zidd fəaliyyət gerçəkləşdirdiyinə dair fikirlər və görüntülər” paylaşması səbəbindən belə bir qərar çıxardığını bildirib. 

“Gödəkçələr fərdi şəxslərə deyil, möhürlü və imzalı müraciət əsasında redaksiyalara verilirdi. Lakin Şura belə sadə prosedurun media fəaliyyəti həyata keçirdiyini bildirən təsadüfi şəxslərin də gödəkçələri əldə edə bilməsinə yol açdığını müəyyənləşdirdi. Buna görə gödəkçələrin verilməsi dayandırıldı”, – məlumatda qeyd olunub. 

Şura bildirir ki, gödəkçələr jurnalistlərin kütləvi aksiyalarda, ümumən ekstremal durumlarda peşə borclarını sərbəst yerinə yetirmələri, fərqlənmələri üçündür və heç bir halda media fəaliyyətindən kənar məqsədlər naminə istifadə edilə bilməz: 

“Jurnalist adından sui-istifadə, təmənnalı münasibət və digər xoşagəlməz hallar “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na zidd olmaqla yanaşı, hüquqi məsuliyyət də yaradır”.  

Şuradan bildirilib ki, gödəkçələrin yeni variantı və redaksiyalara verilməsi qaydaları hazırlanır. Yaxın vaxtlarda bununla bağlı şərtlər açıqlanacaq. 

Həmçinin oxuyun

AzTV Ermənistanı təşvişə salacaq kadrlar yaydı – Video

Qərbi Azərbaycandan eksklüziv görüntülər yayılıb. Bu barədə Azərbaycan Televiziyası (AzTV) Ermənistanı təşvişə salacaq kadrlar əldə edib. Görüntülərdə İrəvanda …