Bazar , Noyabr 18 2018
Ana səhifə / Media / Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib

Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib

Noyabrın 1-də Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin növbəti iclası keçirilib. Şuranın sədri, Milli Məclisin deputatı Əflatun Amaşov gündəlikdəki məsələlər barədə məlumat verib.

Belə ki, əvvəlcə Mətbuat Şurasına yeni üzvlərin qəbulu məsələsinə baxılıb. Müzakirələrdən sonra 14 KİV və Azinforum.az saytı MŞ-ya üzv qəbul edilib.

№№Sonra Şura Katibliyinin qurumun ötən 9 ayda gördüyü işlərə dair hesabatı dinlənilib. Şuranın icraçı katibi Şəmsəddin Əliyev məlumat verib ki, ötən müddətdə quruma ümumilikdə 651 müraciət daxil olub. Bunlardan 470-ni şikayətlər təşkil edib. Hesabat səsə qoyularaq qəbul edilib.

Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının sədri, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə komissiyanın hesabat müddətində 20-dək məsələni müzakirə etdiyini diqqətə çatdırıb. Bunlardan dördü əsasında cavabdeh KİV-in adının Şuranın “qara siyahı”sına daxil edilməsinə dair qərar çıxarılıb.

Şuranın Şikayətlər üzrə Komissiyasının sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli komissiyanın 87 şikayətə baxdığını vurğulayıb. Bu şikayətlərdən bir çoxu barədə rəylər çıxarılıb. İdarə Heyətinin iclasında komissiyanın rəylərindən 5-i ilə bağlı müvafiq qərar qəbul edilib.

İclasda “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na əlavələrin edilməsi ilə bağlı Ə.Amaşovun məlumatı dinlənilib. Şuranın İdarə Heyəti dəyişikliyin Azərbaycan jurnalistlərinin 8-ci qurultayında müzakirə olunmasına dair qərar çıxarıb.

İdarə Heyətinin iclasında, həmçinin “reket jurnalistika”ya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, ölkəyə gətirilən hazır çap məhsullarına və qəzet kağızına əlavə dəyər vergisinin tətbiqi ilə bağlı məsələlər müzakirə edilib.

VIPedu.BIZ

Həmçinin oxuyun

“Əlimdə imkan olsaydı televiziyalardan bütün şou verilişlərini yığışdırardım”

Milli Televizya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli telekanallarda bayağı verilişləri ən çox tənqid edən …