Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Media / Məşhur supermarketdən fırıldaqçılıq – Çörəyin istehsal tarixi dəyişdirildi

Məşhur supermarketdən fırıldaqçılıq – Çörəyin istehsal tarixi dəyişdirildi

“Bizim Market” mağazalar şəbəkəsində çörəyin istehsal tarixi ikinci dəfə dəyişdirilərək satılıb.

Bakı sakini Mahir Məmmədlinin AzNews.az-a verdiyi məlumata görə, o, Əsəd Əhmədov küçəsindəki “Bizim Market” mağazasından çörək alıb. Evdə çörəyin köhnə olduğunu anlayan sakin çörəyin üzərindəki etiketin iki dəfə yapışdırıldığını aşkarlayıb. Sən demə, çörəyin üzərinə yapışdırılan istehsal tarixi iki dəfə dəyişdirilib.

Mahir Məmmədli məsələylə bağlı artıq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə şikayət ünvanladığını da bildirib.

Məşhur supermarketdən fırıldaqçılıq
Məşhur supermarketdən fırıldaqçılıq
Məşhur supermarketdən fırıldaqçılıq

Həmçinin oxuyun

Azərbaycan və Türkiyə bundan uğurla yararlanıb – “Qardian”

Azərbaycanın Ermənistana qarşı qazandığı uğurlarda “Bayraqdar” dronlarının əhəmiyyəti bütün dünyanın gündəmindədir. Axar.az xəbər verir ki, …

Bir cavab yazın