Cümə , Oktyabr 30 2020
Ana səhifə / Media / Məşhur kanal Azərbaycanla bağlı beş film hazırladı – VİDEO

Məşhur kanal Azərbaycanla bağlı beş film hazırladı – VİDEO

İyunun 20-dən iyulun 12-dək Azərbaycanda səfərdə olan Əl Cəzirə “Musafir” proqramının peşəkar çəkiliş heyəti ölkəmizin gəzməli, görməli yerlərini, milli mətbəxini, tarixi irsini, folklorunu, musiqisini lentə alıb.

Əl Cəzirə Media Şəbəkəsinin Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə birlikdə hazırladığı Azərbaycana həsr edilmiş sənədli filmlərin Əl Cəzirə “Musafir” proqramında yayımı davam edir.

Filmlər Azərbaycanın zəngin tarixi, mədəniyyəti, əsrarəngiz təbiəti, qədim ənənələri, yaşam tərzini, turizm potensialını çoxmilyonluq ərəb dünyasına çatdırmaq məqsədi daşıyır. Hər birisi 25 dəqiqədən ibarət olan 5 film Bakı və Naxçıvan şəhərləri daxil olmaqla Azərbaycanın əksər regionlarını əhatə edir. İyunun 20-dən iyulun 12-dək Azərbaycanda səfərdə olan Əl Cəzirə “Musafir” proqramının peşəkar çəkiliş heyəti ölkəmizin gəzməli, görməli yerlərini, milli mətbəxini, tarixi irsini, folklorunu, musiqisini lentə alıb. Filmlər noyabrın 26-dan başlayaraq hər şənbə günündən ardıcıl olaraq nümayiş etdirilir. Artıq filmlərin 4 bölümü yayımlanıb və sosial şəbəkələrdə paylaşılıb. Filmin Naxçıvanla bağlı növbəti bölümü dekabrın 21-də Bakı vaxtı ilə saat 20.30 da nümayiş etdiriləcək. Sputnik

Həmçinin oxuyun

Erməni jurnalist: “Nəinki döyüşdə, informasiya müharibəsində Azərbaycana uduzduq”

Ermənistanın “5-ci” televiziya kanalının icraçı direktoru Arutyun Arutyunyan nəinki döyüşdə, informasiya müharibəsində Azərbaycana uduzduqlarını bildirib. …