Cümə axşamı , Sentyabr 24 2020
Ana səhifə / Media / “Mənzil oğrusu” olan mətbuat katibi işdən çıxdı – FOTO

“Mənzil oğrusu” olan mətbuat katibi işdən çıxdı – FOTO

Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov işdən çıxıb. Azsiyasət.com xəbər verir ki, bu barədə o, Facebook səhifəsində məlumat verib: 

“Tam 20 il – 2000-ci ildən – müxtəlif vəzifələrdə çalışdığım Mədəniyyət Nazirliyində fəaliyyətimi bu gündən etibarən başa vururam”.

“Arxada qalan illər mənə çalışdığım sahədə təcrübə, səriştə qazandırmaqla bərabər, daim təmasda olduğum media sahəsində çoxlu dostlar, dəyərli həmkarlar da bəxş edib. Onların də hər birinə uzunmüddətli əməkdaşlığa görə minnətdarlığımı bildirir və işlərində nailiyyətlər arzu edirəm”.
 
Xatırladaq ki, İ.Hümbətov mediaya açıq mətbuat katibi kimi tanınmayıb, əksinə, məmursayağı davranışlarına görə mütəmadi olaraq mediada tənqid hədəfinə çevrilib.  

O, 2017-ci ildə Jurnalistlər Binasında üç otaqlı mənzillə təmin olunub. Halbuki, onun əlavə iki mənzili də var ki, onlardan birini eks şefi – keçmiş Mədəniyyət Naziri Əbülfəs Qarayev şəxsən özü İ.Babayevə bağışlayıb. 

İ.Hümbətov hazırda KİVDF Müşahidə Şurasının da üzvüdür. V.Səfərlinin rəhbərliyi altında həyata keçirilən qanunsuz əməllərdən Müşahidə Şurasının üzvü kimi İ.Hümbətovun da xəbəri olmamış deyildir Ona görə də, İ.Hümbətovun KİVDF-dəki fəaliyyəti həmin qurumla bağlı hüquq-mühafizə orqanlarının apardığı araşdırmaların əsas istiqamətlərindən biri olmalıdır.  
 
Mediapress.az-ın məlumatına görə, sözügedən üçotaqlı mənzil sahibinə təhvil veriləndən bəri orada heç kim yaşamır. Onlarla jurnalist kirayələrdə qaldığı halda…
 
Əldə etdiyimiz xəbərə əsasən,  kommunal xərclərlə bağlı gələn qəbzlər də üst-üstə yığılmaqdadır.  
 
Foto: İntiqam Hümbətovun Jurnalistlər Binasındakı bağlı mənzili…

Həmçinin oxuyun

Dadaş Dadaşlinski başına tük əkdirib – Video

İctimai Televiziyanın efirində yayımlanan “3D” layihəsinin yeni mövsümü başlayıb.  Verilişin personajı Dadadaş Dadaşlinski yeni mövsümdə …