Bazar , Yanvar 16 2022
Ana səhifə / Media / “Məni öldürsəydilər belə…” – Elçin Şıxlı

“Məni öldürsəydilər belə…” – Elçin Şıxlı

Bəzi valideynlər uşaqlarının adını məcburi şəkildə musiqi və ya təsviri incəsənət dərnəyi, yaxud idman klublarına yazdırır. Onlar düşünür ki, beləcə yeniyetmə asudə vaxtını daha səmərəli keçirir. Ancaq uşaqların çoxu istəksiz şəkildə bir neçə saatını badad verir. 

Valideynlərin bu hərəkəti özünü elit görünmək addımıdır, yoxsa onlar övladın əlavə peşə qazanmasını istəyir?

Mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən “Ayna” qəzetinin baş redaktoru Elçin Şıxlı bildirib ki, heç bir normal valideyn elit görünməyə çalışmaz:

“Uşaqların dərnəyə həvəssiz getməsi düzdür, amma onlar kiçik yaşda hələ heç nə anlamır. Onlar düşünür ki, nə istədiklərini özləri bilirlər, ancaq işin xeyirlərə olduğundan əslində bixəbərdilər. Ona görə də, uşağa musiqi savadı vermək, yaxud hansısa rəsm məktəbinə yazdırmaq ən azı incəsənətin nə olduğunu qavradır. 

Rəsm elə bir şeydir ki, qabiliyyətin yoxdursa, səni qəbul etməyəcəklər, əgər uşaqda cüzi bir qabiliyyət varsa, əksinə. Məsələn, özüm ömür boyu bir düz xətti belə çəkə bilməmişəm. Məni öldürsəydilər, rəsm məktəbi məni qəbul etməzdi.

Düşünürəm ki, normal valideyn özünü başqalarının gözünə soxmaqdan ötürü uşağını hansısa məktəbə qoymaz. Uşaqlar hələ kiçik yaşdadılarsa, hələ xeyir nədir, şər nədir ağılları kəsmir. Ümumiyyətlə, uşağın küçədə olmağındansa, nə iləsə məşğul olmaları daha yaxşıdır”.

Həmçinin oxuyun

“Media patronları gəlirin böyük bir qismini özünə götürür“ – Turan İbrahimov

Azərbaycanda müxtəlif vəzifələrə təyinat alan jurnalistlərin sayı xeyli artıb. Çox sayda qələm adamı jurnalist vəsiqəsini, məmur …