Ana səhifə / Media / Məmurlar həm Prezidentə yalan deyirlər, həm də… – ŞİKAYƏT
?????????????????????????????????????????????????????????

Məmurlar həm Prezidentə yalan deyirlər, həm də… – ŞİKAYƏT

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə  Binəqədi rayonu Biləcəri qəsəbəsi Qabil Süleymanov  9a ünvanda yerləşən binanın sakinlərindən 
ƏRİZƏ
    
Hörmətli cənab Prezident!
Yazıb Sizə bildiririk ki, yaşadığımız binanın istinad divarları dağıntıya məruz qaldığı üçün təhlükəli vəziyyət yaranmışdır. Bina hər an çökə bilər.
Yaranmış vəziyyətlə əlaqədar olaraq bina sakinləri aidiyyatı qurumlara –FH Nazirliyinə, Binəqədi rayon İH və Bakı şəhər İH-nə dəfələrlə müraciət etsələr də indiyəcən heç bir ölçü götürülməmişdir.
Ötən il Sizə göndərilən məktubla bağlı  bina sakinlərinə Bakı şəhər Mənzil-kommunal təsərrüfatı departamentindən 14.10.2015-ci il tarixdə ( kl-224) məktub gəlmişdi. Budur,  həmin məktubda deyilir: “Yaşadığınız binanın qəzalı vəziyyətdə olması barədə Azərbaycan Respublikası Prezidentinə ünvanladığınız müraciətinizə baxılmışdır…
Mütəxəssislərimiz tərəfindən göstərilən ünvana baxış keçirilmiş və (…) istinad divarlarının dağılması müşahidə olunmuşdur.  Bununla əlaqədar olaraq bildiririk ki, qeyd edilən binada istinad divarının təmiri işləri yaxın günlərdə tərəfimizdən yerinə yetiriləcəkdir”.
Həmin məktubu departament sədrinin 1-ci müavini Rüfət Abdullayev imzalayıb.
Aradan aylar keçib. Amma vəd yerinə yetirilməyib. Deyəsən, bunlar “yaxın günlər” deyərkən yaxın illəri və ya yaxın əsrləri nəzərdə tuturlar.
Belə çıxır ki, məmurlar həm Prezidentə yalan deyirlər, həm də bina sakinlərinə.
Cənab Prezident, xahiş edirik köməklik göztərəsiniz.
Hörmətlə,
Binəqədi r-nu Biləcəri qəsəbəsi Qabil Süleymanov 9a ünvanda yerləşən binanın sakinləri:
Eldaş Zərbalı oğlu
Elton Səlimov
Murad Paşayev
Əlisəfa Ağayev
Arif Beydullayev,
Həcər Hüseynova
Dilşad Abbasova
Tahir Həmidov
Cabir Tağıyev
Rafael Əsgərov
və başqaları.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın