Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Media / Məktəbli forması alarkən diqqətli olun: “Pis qoxu, rəngi çıxır” – VİDEO

Məktəbli forması alarkən diqqətli olun: “Pis qoxu, rəngi çıxır” – VİDEO

Formaların qiymətləri “əl yandırır”.

Məktəbli formaları, çantalar, dərs ləvazimatları müxtəlif obyektlərdə fərqli qiymətlərlə satışa çıxarılıb.

ARB TV xəbər verir ki, məktəb bazarlığının daha çox vəsait tələb edən hissəsi isə məktəbli formalarıdır.

Mütəxəssislər xəbərdarlıq edir ki, saxta formalar həm valideynlərin cibinə, həm də şagirdlərin sağlamlığına ziyan vurur.

Eyyub Hüseynov (ekspert): “İstehlakçılardan gələn zəngləri ümumiləşdirmək keyfiyyət lazımı səviyyədə deyil. Ölkənin əmtəə bazarında keyfiyyətsiz formalar var, bunları ayırd etmək asandır. Pis qoxu, rəngi çıxır və s”.

Məktəbli formalarının qiyməti yaş qruplaırna görə dəyişir. 1-ci sinifdən 6-cı sinifə qədər olan yaş qruplarına formalar 39 manata, 6-cı sinifdən yuxarı şagirdlərə isə 45 manata təklif olunur.

Çantalar 8 manatdan 56 manata kimidir. İş dəftərlərinə 10 %, 20 isə gündəliklərimizə endirim var.

Təxmini hesablamalara görə, aşağı sinif şagirdin bazarlığına 100, yuxarı sinif şagirdinin alış-verişinə isə 150 manat lazımdır.

Həmçinin oxuyun

Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş…“

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında növbəti dəfə qalmaqal yaranıb. Belə ki, Həsənov bu …

Bir cavab yazın