Bazar , Oktyabr 25 2020
Ana səhifə / Media / Məktəbdə “pul yığılması” iddiası araşdırılacaq – RƏSMİ

Məktəbdə “pul yığılması” iddiası araşdırılacaq – RƏSMİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Yasamal rayonundakı 308 nömrəli orta məktəbdə təhsil alan Nicat Rzayevin atası, I qrup Qarabağ əlili Amil Rzayevin məktəb direktorunun onun uşağını “psix” adlandıraraq, məktəbdən qovmaq istəməsi barədə söylədiyi məsələni diqqətdə saxlayır.

Bu barədə Trend-ə idarədən məlumat verilib. İdarədən bildirilib ki, bununla bağlı dəqiqləşdirmələr aparıldıqdan sonra lazımi tədbirlər görüləcək.

308 nömrəli tam orta məktəbdə hər hansı məqsədlə valideynlərdən pul yığılması ilə bağlı Amil Rzayevin söylədiklərinə gəldikdə, idarədən deyilib ki, səbəbindən və məqsədindən asılı olmayaraq, məktəblərdə pul yığımı qadağandır. Konkret olaraq, 308 nömrəli tam orta məktəbdə hər hansı məqsədlə valideynlərdən pul yığılması ilə bağlı Amil Rzayevin söylədikləri də araşdırılacaq və müvafiq tədbirlər görüləcək.

İdarə şagirdin psixoloji durumunda hər hansı problemin olmasının onun məktəbdən və ya sinifdən xaric edilməsi üçün əsas sayıla bilib-bilməməsinə də aydınlıq gətirib.

İdarədən bildirilib ki, şagirdlər ümumi təhsil müəssisəsinə qəbul edilərkən onların fiziki, psixloji və əqli sağlamlıqlarının tədris prosesində iştirak etmələrinə imkan verməsi barədə tibbi arayış tələb olunur: “Sonradan konkret şagirdlə bağlı şübhə yarandığı halda valideyn övladının müvafiq müəssisədə müayinədən keçməsini təmin edir. Tibb müəssisəsinin arayışına əsasən, fiziki, psixloji və əqli sağlamlığında müvafiq problemlər olan uşağın təhsilini xüsusi tipli təhsil müəssisəsində davam etdirməsi məsələsinə baxıla bilər”.

Qeyd edək ki, Yasamal rayonundakı 308 nömrəli orta məktəbdə təhsil alan Nicat Rzayevin atası, I qrup Qarabağ əlili Amil Rzayev iddia edir ki, məktəb direktoru onun uşağını “psix” adlandıraraq, məktəbdən qovmaq istəyir. Səbəb isə onların məktəbdə yığılan pulları verə bilməməsidir.

Həmçinin oxuyun

Azərbaycanla bağlı qərəzli xəbər yayan “Amerikanın səsi” üzr istədi

“Amerikanın səsi” radiostansiyası rəsmi feysbuk səhifəsində və saytında Azərbaycana qarşı daima qərəzli mövqeyi ilə fərqlənən …

Bir cavab yazın