Çərşənbə , İyul 15 2020
Ana səhifə / Media / Məktəb direktoru valideynin göndərdiyi 150 süpürgədən danışdı

Məktəb direktoru valideynin göndərdiyi 150 süpürgədən danışdı

Bu günlərdə bəzi KİV-lərdə Bərdə rayonunda baş vermiş hadisə əks olunmuşdu. Valideynlərdən birinin məktəbli övladının hər dəfə “süpürgə pulu” istəməsindən bezərək, məktəbə 150 ədəd süpürgə göndərdiyi qeyd edilirdi.

Bərdə rayonundakı E.Zeynalov adına 1 saylı Hacallı kənd tam orta məktəbin direktoru Səyyarə Zeynalova deyib ki, belə bir hadisə olmayıb:

“Bərdə rayon Təhsil Şöbəsinə, Yevlax Rayonu Təhsil İdarəsinə izahat yazmışam ki, bu iş araşdırılsın. Bu adamın atdığı addım şantajdır. Bu məlumat düzgündürsə valideynin adı qeyd edilsin və araşdırılsın. Tələb edirəm ki, həmin adam tapılsın. Əgər günahkaramsa məni cəzalandırsınlar. Axı məktəbdə belə pul yığımı və s. olmur”, – deyə adıçəkilən məktəbin direktoru vurğulayıb.

Həmçinin oxuyun

DTX ordu ilə bağlı yalan məlumat yayanlara xəbərdarlıq etdi

“2020-ci il iyulun 12-dən başlayaraq Ermənistanın silahlı qüvvələrinin bölmələrinin təxribatları nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz …

Bir cavab yazın