4 saylı Uzuntəpə kənd orta məktəbinin direktoru Ramiz Yusubov AzNews.az-a açıqlamasında belə bir hadisənin baş vermədiyini bildirib:

“Hamı kimi məni də toya dəvət etmişdilər. Orada iştirak etmişəm. Amma məni toyda heç kəs döyməyib. Hazırda evdəyəm, səhhətim də qaydasında. Əgər kiminsə şübhəsi varsa, xəstəxanadan maraqlana bilər”.

Cəlilabad rayonunda toyda kütləvi dava düşüb. Dava zamanı rayonun 4 saylı Uzuntəpə kənd orta məktəbinin direktoru Ramiz Yusubovun xəsarətlər alaraq rayon xəstəxanasına yerləşdirildiyi bildirilib.