Çərşənbə axşamı , Avqust 20 2019
Ana səhifə / Media / Məktəb direktoru təhsil şöbəsinə müdir təyin edildi

Məktəb direktoru təhsil şöbəsinə müdir təyin edildi

Ağcabədi rayon Təhsil Şöbəsinə yeni müdir təyin edilib.

Rayonun S.İbrahimov adına 8 saylı tam orta məktəbinin direktoru Anar Qasımov müvafiq əmrlə rayon təhsil şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Xatırladaq ki, Ağcabədi rayon təhsil şöbəsinin əvvəlki müdiri Mehdi Əkbər oğlu Əhmədov Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti və Təhsil Nazirliyinin Ağcabədi Rayon Təhsil Şöbəsində apardığı yoxlamalar nəticəsində aşkar olunan nöqsanlara görə, vəzifəsindən azad olunub.

Report.az

Həmçinin oxuyun

Gürcüstanın “Rustavi 2” kanalına alıcı tapılmayıb

“Gürcüstanın “Rustavi 2” televiziya kanalı bir həftədir satışa çıxarılsa da, ona alıcı tapılmayıb”. “Report”un Gürcüstan …

Bir cavab yazın