Bazar ertəsi , Sentyabr 16 2019
Ana səhifə / Media / Məktəb direktorlarına müəllim seçmək səlahiyyəti verilə bilər

Məktəb direktorlarına müəllim seçmək səlahiyyəti verilə bilər

Bu ildən Bakı şəhəri üzrə bəzi məktəb direktorlarına müəllim seçmək muxtariyyəti verilə bilər.
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib ki, bu pilot layihənin icrası ilə bağlı təkliflər hazırlanır və pilot məktəblərin seçilməsi müzakirə mərhələsindədir: “Amma bunlar yalnız təklif olaraq qalıb. Təkliflər təsdiq olunsa, müəllimlərin işə qəbulu üzrə yeni qaydalarda öz əksini tapacaq. Təklif və müzakirələrə əsasən layihənin icrasının ilkin olaraq Bakı şəhərində mərkəzdə yerləşən məktəblərdə başlanılacağı planlaşdırılır. Təxminən 10-15 məktəb seçilməsi gözlənilir. Hələ ki bu istiqamətdə müzakirələr gedir”.
E.Bağırov onu da qeyd edib ki, hər il olduğu kimi bu il də müəllimlərin yerdəyişməsi işə qəbul prosesindən əvvəl keçiriləcək, sadəcə olaraq bu il müəllimlərin işə qəbulu qaydalarında bir az dəyişikliklər olduğundan keçirilmə tarixi ilə bağlı dəqiq məlumat vermək mümkün deyil.
Qurum təmsilçisi əlavə edib ki, hər il yerdəyişmə prosesində rayonlardan Bakıya yerdəyişdirmək üçün müraciət edən müəllimlər çoxluq təşkil edir: “Bu da ümumi miqrasiya ilə əlaqəli olan bir məsələdir. Ötən il 250-ə yaxın müəllim iş yerini müsabiqə yolu ilə bir şəhərdən (rayondan) digər şəhərə (rayona) dəyişib”. (Lent.az)

Həmçinin oxuyun

Hacı Nuran ATV-dən getdi

Aparıcı Hacı Nuran Hüseynovun ATV-də apardığı “Həyat” layihəsi yekunlaşıb. Axşam.az xəbər verir ki, o, bundan …

Bir cavab yazın