Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Məktəb bazarlığı etməli olan valideynlərin diqqətinə! – Video

Məktəb bazarlığı etməli olan valideynlərin diqqətinə! – Video

Yeni dərs ili yaxınlaşdıqca valideynləri məktəb alış-verişi təlaşı bürüyür. Elə bu səbəbdən də artıq paytaxtın müxtəlif yerlərində Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən məktəbli yarmarkaları təşkil olunur. 

“Qafqazinfo” olaraq biz də Nərimanov və “28 May” ərazisində salınmış yarmarkalara baş çəkdik, qiymətlərlə maraqlandıq. Satıcıların sözlərinə görə, dolların qiyməti sabit qaldığı üçün, ötən ilə nisbətən qiymətlərdə hər hansı bir dəyişiklik yoxdur.

“Bəs valideynlər bu yarmarkaları nə üçün seçməlidir?” sualımıza cavab isə belə oldu: “Bizdən 10 qəpiyə alıb ətrafdakı mağazalarda 30 qəpiyə satırlar. Endirimlərimiz də olur, çalışırıq valideynlərin büdcəsini nəzərə alaq”.

Bu yarmarkalar sentyabrın 25-dək fəaliyyət göstərəcək.

Yarmarkalardan hazırladığımız videoreportajı təqdim edirik:

 

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın