Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Məktəbəhazırlığa cəlb edilən uşaqlarınsayı açıqlandı

Məktəbəhazırlığa cəlb edilən uşaqlarınsayı açıqlandı

Uşağın fərdi və akademik nailiyyətlərinin artmasında məktəbəqədər təhsilin əhəmiyyətə nəzərə alınaraq bu proqramın əhatəliliyinin artırılması istiqamətində işlər görülüb, 2016/2017-ci tədris ilində respublikanın 2,795 ümumtəhsil məktəbində 4,410 qrupda 86, 970 nəfər uşaq məktəbəhazırlıq təhsilinə cəlb edilib.

Lent.az-ın məlumatına görə, Təhsil Nazirliyinin illik hesabatında qeyd edilib ki, 2015-ci ildə məktəbəhazırlıq proqramı bütün 5 yaşlı uşaqların 24%-ni əhatə edirdisə, 2016-cı ildə bu göstərici 55% olub. Bu isə əlavə təqribən 50 min uşaq deməkdir.

Ölkəmizdə keçirilən 5 yaşlı uşaqların məktəbəhazırlıq proqramı da Təhsil Nazirliyi tərəfindən təhlil edilib.
Tədqiqat aparılan 89 pilot məktəbdə hədəf kütlə 1-ci sinifdə təhsil alan şagirdləri qiymətləndirilib və qiymətləndirmənin nəticələri ilə şagirdlərin hazırlıq qrupunda iştirak etməsi faktı müqayisə edilib. Həmin şagirdlərin ümumi sayı azərbaycan bölməsi üzrə 1 min  987, rus bölməsi üzrə isə 411 nəfər olub.
Tədqiqatda iştirak edən uşaqlar 3 istiqamət üzrə qruplaşdırılıb:
Təhsil Nazirliyinin təşkil etdiyi pilot qruplarda məktəbə hazırlıq keçmiş şagirdlər – 316 nəfər, digər müəssisələrdə məktəbə hazırlıq keçmiş şagirdlər -241 nəfər, məktəbə hazırlıq keçməmiş şagirdlər – 540 nəfər.

Qeyd olunan tədqiqatın nəticələri bir daha göstərdi ki, yaxşı təşkil olunmuş məktəbəqədər təhsil gələcəkdə sosial davranış, yüksək akademik qiymətlər, həmçinin, yüksək təhsil dərəcəsi əldə etmək də daxil olmaqla, uzun müddətli inkişafa səbəb olur.

Həmçinin oxuyun

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” …

Bir cavab yazın