Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Media / Məcburi köçkünlər və yerli sakinlər sayğac quraşdırılmasına imkan vermədilər

Məcburi köçkünlər və yerli sakinlər sayğac quraşdırılmasına imkan vermədilər

Yasamal rayonu Həsən bəy Zərdabi küçəsindəki Rabitə və Nəqliyyat kollecinin beş mərtəbəli iki yataqxanasında məskunlaşan məcburi köçkünlər və məcburi köçkün olmayan ailələr elektrik sayğaclarının quraşdırılmasına imkan verməyiblər. 
Bu barədə musavat.com verilən məlumatda deyilir ki, yanvarın 26-da saat 12-də “Azərişıq” ASC-nin mütəxəssisləri yataqxanalara gəliblər və evlərə sayğac quraşdırmaq istəyiblər. Yataqxana sakinləri işsizlikdən dolanışıqlarının ağır olduğunu işıq pulunu ödəmək imkanında olmadıqlarını əsas gətirərək sayğac quraşdırılmasına etiraz ediblər. Sakinlər ilə “Azərişıq” nümayəndələri və onlarla birlikdə gələn şəxslər arasında narazılıq yaranıb. Yataqxana sakinləri Həsən bəy Zərdabi küçəsinə çıxaraq yolu bağlayıblar. Polis əraziyə gəlib danışıqlar apardıqdan sonra aksiyaçılar yolu açsa da, sayğac quraşdırılmasına imkan verməyiblər. Tələbləri bu olub ki, əvvəl onları işlə təmin etsinlər, sonra sayğac quraşdırılsın.
Məlumatda deyilir ki, sözügedən yataqxanalarda təxminən 200 ailə yaşayır və binada qaz ümumiyyətlə yoxdur. Sakinlər elektrik enerjisinin ümidinədirlər və bu səbəbdən də sərfiyyat daha çox olur.
Bildirilir ki, bu yataqxanada yaşayanların bir yarısı məcburi köçkünlər olsa da, ölkənin digər rayonlarından gəlib, burada məskunlaşanlar da çoxdur.
Onu da qeyd edək ki, bu günlərdə dövlət başçısı sərəncam imzalayaraq məcburi köçkünlərə aylıq müavinət ayrılmasını nəzərdə tutub. Həmin sərəncama görə, hər məcburi köçkünə ayda 36 manat həcmində müavinət ayrılır və o, bu pulla bütün kmmunal xərclərini ödəməlidir.

Həmçinin oxuyun

Azərbaycanla bağlı qərəzli xəbər yayan “Amerikanın səsi” üzr istədi

“Amerikanın səsi” radiostansiyası rəsmi feysbuk səhifəsində və saytında Azərbaycana qarşı daima qərəzli mövqeyi ilə fərqlənən …

Bir cavab yazın