Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Media / Məcburi köçkünlər üçün güzəşt limiti ləğv olundu – Pul veriləcək

Məcburi köçkünlər üçün güzəşt limiti ləğv olundu – Pul veriləcək

Bir neçə gündür ki, məcburi köçkünlərin kommunal xidmətləri üzrə tətbiq edilən xüsusi limitin ləğv edilməsi ilə bağlı məsələ gündəmdə müzakirə olunur.

Qafqazinfo” xəbər verir ki, bununla bağlı məsələyə “Qaçqınkom” un mətbuat xidmətinin rəhbəri Elçin Qədimov saytımız vasitəsilə aydınlıq gətirmişdi. O bildirmişdi ki, limitin ləğv edilməsi ilə bağlı hər hansı qərar yoxdur.

Bu gün isə “Qafqazinfo”ya oxuculardan biri “Azərsu” ASC tərəfindən vurulmuş elanla bağlı müraciət edib. Elanda bildirilir ki, 2017- ci ilin dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində “Su və kanalizasiya haqqının ödənilməsi bölməsi” üzrə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə məcburi köçkünlərin su və kanalizasiya xidmət haqqının mərkəzləşdirilmiş qaydada ödənişinin nəzərdə tutulmaması ilə əlaqədar 01.01.2017-ci il tarixindən bütün proqramlar üzrə məcburi köçkünlərə verilən güzəştlər (limitlər) ləğv edilib .

Qafqazinfo” məsələni aydınlaşdırmaq üçün “Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxlayıb. A. Cəbrayıllı qeyd edib ki, elanda göstərildiyi kimi hər hansı limitin ləğvindən söhbət getmir: “Ancaq elanın yuxarı hissəsində qeyd olunduğu kimi, məcburi köçkünlərin su və kanalizasiya xidmət haqqının mərkəzləşdirilmiş qaydada ödənilməsi məsələsi ləğv olunub. Belə ki, bu günə kimi məcburi köçkünlərin su və kanalizasiya haqqı “Qaçqınkom” tərəfindən “Azərsu” ya ödənilirdi. Bundan sonra isə həmin vəsait pul şəklində büdcədən köçkünlərin öz hesablarına ödəniləcək. Köçkünlər həmin limitlər üzrə ödəniş haqqlarını özləri “Azərsu”ya ödəyəcəklər. Yəni güzəştli limitin ləğvindən söhbət getmir”.

“Azəriqaz” Mətbuat Xidmətinin rəhbəri İbrahim Kərbalayev də “Qafqazinfo” ya açıqlamasında bildirib ki, qərar öz təsdiqini tapdıqdan sonra artıq məcburi köçkünlər xidmət haqqını özləri ödəyəcəklər.

“Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə “Qafqazinfo”ya bildirib ki, bununla bağlı onlarda məlumat yoxdur: “Hazırda əvvəlki qaydada ödənişlər həyata keçirilir”.

 

Həmçinin oxuyun

“Axı niyə İrəvanı bombalamırlar?” – “Kommersant” qəzeti

17 oktyabr gecəsi Azərbaycanın ikinci böyük şəhəri Gəncə yenidən beş gün əvvəlki hadisələri yaşadı. “Elbrus” …

Bir cavab yazın