Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Məcburi köçkünlərə şad xəbər – Yaşayış binaları

Məcburi köçkünlərə şad xəbər – Yaşayış binaları

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Bakı şəhəri ərazisində qəzalı vəziyyətdə olan obyektlərdə kompakt məskunlaşmış məcburi köçkünlərin bu il ilkin mərhələdə bir hissəsinin köçürülməsi nəzərdə tutulub.

Bu barədə Azərtac-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, ilk olaraq Bakının Xəzər rayonu ərazisindəki “Energetik” pansionatının binasında və Xətai rayonunun Gəncə prospekti 20A ünvanında yerləşən, tikintisi yarımçıq qalmış doqquzmərtəbəli binada hər an uçma təhlükəsinin olduğu nəzərə alınaraq, həmin obyektlərdə məskunlaşmış 260 məcburi köçkün ailəsinin köçürülməsi üçün Bakının Sabunçu rayonunun Ramana qəsəbəsi yaxınlığında salınmış 450 ailəlik yaşayış qəsəbəsinin ərazisindəki boş torpaq sahəsində beşmərtəbəli 50 mənzilli, Abşeron rayonunun Masazır qəsəbəsində tikilmiş 760 ailəlik yaşayış məhəlləsinin ərazisindəki boş torpaq sahəsində beşmərtəbəli 50 mənzilli bir, beşmərtəbəli 80 mənzilli iki yaşayış binasınin tikilməsi nəzərdə tutulub.

Artıq layihələndirmə işlərinə başlanılıb.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın