Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Lombarda qızıl qoydu: indi geri ala bilmir – VİDEO

Lombarda qızıl qoydu: indi geri ala bilmir – VİDEO

Sumqayıtlı gənc lombarda qoyduğu qızılını geri ala bilmir. Səbəb isə həmin lombardın əməkdaşlıq etdiyi bankı məhkəməyə verməsidir. İndi bank da girovunda olduğu qızılları qaytarmır.

Lombardla bank arasında yaranan problemdən vətəndaş əziyyət çəkir.

Sumqayıt şəhər sakini İlkin Abdulov 2015 ci ildə qızıllarını lombarda qoyub. Əvəzində isə 230 manat pul alıb. Hər ayda faizini vaxtlı-vaxtında ödəyən gənc, indi həmin qızıllarını lombardan ala bilmir.

Onun sözlərinə görə, qızıl üçün 8 aydır həmin ünvana ayaq döysə də nəticə yoxdur. İlkin deyir ki, həmin lombardla bir müddət əməkdaşlıq da edib. Bir dəfə qızıl qoyaraq vaxtında geri götürüb. Yenidən pul lazım olduğundan növbəti dəfə lombarda müraciət edib. İndi nə ödədiyi pulu, nə də qızılı qayıdır.

Lombarddan bildirilib ki, hər bir müştərinin öz razılığı ilə girovlar müqavilə əsasında banka qoyulub. Əməkdaşlıq etdikləri bank ilə aralarında problem yaranıb və işləri Binəqədi Rayon Məhkəməsindədir. İş ekspertizaya gedib və araşdırılır. Cavab gəldiyi anda məhkəmənin qərarı ilə həmin şikayətçilərin qızılları geri qaytarılacaq. Əks halda lombard həmin girovların dəyərində başqa qızıl-ziynət əşyaları ilə əvəzləmə edəcək və yaxud bazar dəyərində müştərilərin pulları ödəniləcək. Buna görə də müştəriyə yalnız məhkəmənin çıxaracağı qərarı gözləmək qalır.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın