Cümə , Aprel 19 2024
Ana səhifə / Media / “Lombard Məlahət”in baş redaktoru həbs etdirmək istəyi baş tutmadı – MƏHKƏMƏ ŞİKAYƏTİ RƏDD ETDİ

“Lombard Məlahət”in baş redaktoru həbs etdirmək istəyi baş tutmadı – MƏHKƏMƏ ŞİKAYƏTİ RƏDD ETDİ

Yasamal rayon Məhkəməsində “Lombard N:1”in sahibi Məlahət Moşu qızı Qurbanova Criminal.az saytının baş redaktoru Anar Məmmədova qarşı xüsusi ittiham qaydasında şikayətinə baxılıb. Hakim Murad Məmmədovun icraatında baxılan xüsusi ittihamla bağlı məhkəmədə A.Məmmədov vəsatət verərək şikayətin icraata qəbul olunmamasını xahiş edib. Baş redaktor bildirib ki, M.Qurbanova xüsusi ittiham qaydasında şikayətində barəsində Criminal.az saytında dərc edilmiş yazıda “Lombard Məlahət” kimi xəbər başlığının verilməsini həm böhtan, həm də təhqir hesab edib. Yazıda M.Qurbanovanı nüfuzdan salacaq heç bir ifadə, yəni diffamativ hesab edilən ifadə göstərilməyib. Həmin ifadənin xüsusi ittihamçı tərəfindən nə üçün böhtan və təhqir hesab edilməsini əsaslandırmayıb. İşin mübahisə edilməyən halı xüsusi ittihamçının adının Məlahət olması və “Məlahət” MMC-nin direktoru olması, peşəkar lombard fəaliyyəti ilə məşğul olması mübahisəsizdir. Ona görə də, o cəmiyyətdə “Lombard Məlahət” kimi tanınır. A.Məmmədov əlavə edib ki, lombard və Məlahət sözü ayrılıqda və birlikdə işlədildikdə nüfuzdansalıcı məlumat kimi xarakterizə edilə bilməz. Çünki lombard qanunla qadağan olunmayan fəaliyyət sahəsidir. Buna görə də, xüsusi ittiham qaydasında şikayət əsassız olduğundan və xüsusi ittiham qaydasında şikayət qanunvericiliyə uyğun tərtib edilmədiyindən icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməlidir.  Xüsusi ittihamçının vəkili isə bildirib ki, hüquqlarını müdafiə etdiyi M.Qurbanova lombard fəaliyyəti ilə məşğul olmur. Onun Criminal.az saytında “Lombard Məlahət” kimi təqdim edilməsi təhqirdir. Vəkil bundan başqa məhkəmənin diqqətinə çatdırdı ki, A.Məmmədov 5 il 6 ay şərti cəza alıb və xususi ittiham qaydasında verdiyi şikayət onun məsuliyyətinin daha ağır olmasına səbəb olmalıdır.   A.Məmmədov isə məhkəməyə M.Qurbanovanın lombard fəaliyyəti ilə məşğul olmasını sübut edən səndləri, o cümlədən onun bir müddət əvvəl lombarda borcu olan Qarabağ qazisi Bəhlul Həsənovu tutdurmasını təsdiqləyən məhkəmə hökmünü təqdim edib.  Müşavirəyə gedən məhkəmə az sonra qərarını elan edib. Hakim M.Məmmədov xüsusi ittiham qaydasında M.Qurbanovanın verdiyi şikayətin rədd edildiyini elan edib.  Məlahət Qurbanovanın təhqir və böhtan hesab etdiyi yazılar: • Keçmiş nazir “Lombard Məlahət”i məhkəməyə verdi – “Torpaqlarımı boşalt…”• “Lombard Məlahət”lə sabiq nazirin davası: “Rolls-Royce” mərkəzinin zirzəmisini bölə bilmirlər
Xatırladaq ki, M.Qurnabova Yasamal rayon Məhkəməsində Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında iddia qaldırıb. M.Qurbanova iddiasında göstərib ki, A.Məmmədov şəxsi-qərəzlik məqsədi ilə onun işgüzar nüfuzuna və imicinə ləkə gətirən, şərəf və ləyaqətinə toxunan, cəmiyyət arasında nüfuzdan salan böhtan xarakterli məlumatı Criminal.az saytında guya “Lombard Məlahət” tanınmağı barədə böhtan və təhqiredici məlumat yayıb. İddiaçı şikayətində göstərib ki, özü heç bir lombard fəaliyyəti ilə məşğul deyil, belə bir fəaliyyət növü ilə məşğul olmaq üçün qeydiyyatda da deyil. “Anar Məmmədov həmin yazısında “Məlahət” MMC-nin istifadəsində olan qeyri-yaşayış sahəsində xəlvəti olaraq qanunsuz çıxarış almış Ələkbərov Fizulini müdafiə etmək və bununla da, məhkəmədə baxılan həmin mülki iş üzrə qərar qəbul edilməsinə təsir etmək məqsədi güdüb. Ona görə də, Anar Məmmədovun Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair ittihamedici qərar çıxarasınız”-deyə M.Qurbanova iddiasında qeyd edib. 

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …