Cümə , Dekabr 4 2020
Ana səhifə / Media / Liftlər, çardaqlar, obyektlər və s. mülk sahiblərinin balansına keçiriləcək

Liftlər, çardaqlar, obyektlər və s. mülk sahiblərinin balansına keçiriləcək

“Ümumi əmlaklar mülkiyyətçilərə təhvil veriləcək. Yəni binalarda olan liftlər, çardaqlar, obyektlər və s. mülk sahiblərinin balansına keçiriləcək”.

ANS PRESS-in məlumatına görə, bunu İqtisadiyyat və Sənaye Nazirliyinin Mənzil-kommunal siyasəti şöbəsinin müdiri Nizami Qasımov deyib.

O bildirib ki, artıq bununla bağlı Bakı şəhəri üzrə 7 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti dövlət qeydiyyatına alınıb.

“İlk olaraq Binəqədi rayonu İcra Hakimiyyətindən bizə müraciət edilmişdi. Müraciətə əsasən işlərə başlanılıb və Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətləri yaradılıb. Hazırda isə lazımi proseduralara başlanılıb. Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin balansına Bakının 8 rayonunu olmaqla, Sumqayıt və Xırdalan şəhərindən ümumilikdə 41 bina daxil edilib. Bu üç şəhər üzrə 20 MMC yaradılması istiqamətində işlər aparılır”.

Nazirlik rəsmisi qeyd edib ki, mənzil fondunun idarə olunmasında yeni bir mərhələ başlanılıb. Bununlada Mənzil Kommunal İdarələrinin (JEK) icra səlahiyyətləri azaldılacaq.

Həmçinin oxuyun

RBK-nın jurnalisti Xankəndində gördüklərindən danışdı: Hər kəsdə silah var – VİDEO

RBK-nın Dağlıq Qarabağa ezam olunmuş jurnalisti Aleksandr Atasuntsev “Exo Moskvı” radiosuna Xankəndində gördüklərindən danışıb. Onun …

Bir cavab yazın