Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Media / Lider TV bağlanır? – “Maşınlar satılıb, əməkdaşlar işdən çıxarılıb”

Lider TV bağlanır? – “Maşınlar satılıb, əməkdaşlar işdən çıxarılıb”

Son günlər sosial mediada Lider TV-nin bağlanacağı barədə xəbərlər yayılıb. GoldNews.Az xəbər verir ki, kanalın müflis olduğu deyilir. Məlumata görə, Lider TV-də xəbərlər departamentindən başqa, digər canlı yayımlanan proqramlarda işləyən texniki heyət işdən azad edilib. İşçilərin böyük əksəriyyəti isə bir neçə aydır maaş ala bilmirlər. Kanalın gecə növbəsi ləğv edilib. Hər gün saat 00:00-dan 09:00-dək yayım dayandırılır. Televiziyaya məxsus 10-dan çox kameralı MAN canlı yayım maşınlarını AZTV-yə satmaq üçün danışıqlar gedir. Oktyarda televiziyanın satılacağı gözlənilir.

GoldNews.az əməkdaşları məsələ ilə başlı Lider TV-nin İctimaiyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlayıb. Şöbədən bildirildi ki, kanal yayılan bu xəbərlərə münasibət bildirmək istəmir.

***

Lider kanalının müflis olmaq üzrə olduğu və oktyabr ayında satışa çıxarılacağı ilə bağlı məlumatlar yayılıb.

“Qafqazinfo” xəbər verir ki, kanalın işçiləri artıq 4 aydan çoxdur ki, maaş almır. Sosial şəbəkədə yayılan məlumatlara görə, xəbərlər və həmçinin digər canlı yayımda çalışan əməkdaşlar işdən çıxarılıb. Hətta kanalın gecə növbəsinin ləğv olunduğu və bəzi texniki avadanlıqların satışa çıxarıldığı da qeyd olunur.

“Qafqazinfo” məsələyə münasibət öyrənmək üçün “Xəbərlər” departamentinin müdiri Anar Şükürovla əlaqə saxlayıb. O qeyd edib ki, rəhbəri olduğu departament fəaliyyətini davam etdirir: “Gördüyünüz kimi, yeni sezonda biz hər iki saatdan bir efirə çıxırıq. Amma digər suallarla bağlı kanalın PR meneceri ilə əlaqə saxlamaq lazımdır”.

Həmçinin oxuyun

“Associated Press” İlham Əliyevin xalqa müraciətindən yazdı

Nüfuzlu “Associated Press” nəşri Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanat çərçivəsində əvvəlcə Ağdam, …

Bir cavab yazın