Bazar , Oktyabr 20 2019
Ana səhifə / Media / lham Əliyev:“Hər bir yaşayış məntəqəsində təmiz içməli su olmalıdır”

lham Əliyev:“Hər bir yaşayış məntəqəsində təmiz içməli su olmalıdır”

Təmiz içməli su sağlam həyat deməkdir”.

Bakı şəhərinin su təsərrüfatı daha da sürətlə yeniləşməlidir. Şəbəkə sistemi hələ ki, bizim standartlarımıza tam uyğun deyil. Ancaq bu istiqamətdə də işlər aparılır və əlbəttə, biz hamımız istəyirik ki, tezliklə bütün şəhərimizdə hər bir vətəndaş kranı açıb oradan suyu birbaşa içə bilsin. Artıq biz buna yaxınlaşırıq və bu qurğunun xüsusi əhəmiyyəti ondan ibarətdir ki, bizə bu imkanı yaradacaq.

Azinforum.az-ın məlumatına görə, bunu Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılışında Azərbaycan prezidenti İlham Əliyev deyib.

“Son illər ərzində görülmüş işlər nəticəsində Bakıda fasiləsiz içməli suyun verilməsi təxminən 80 faizə çatmışdır. Bu, əvvəlki dövrlə müqayisədə çox böyük nailiyyətdir, ancaq əlbəttə, bizi tam qane edə bilməz. Bakı kimi müasir, gözəl, inkişafda olan şəhərdə əhalinin 100 faizi 24 saat fasiləsiz təmiz içməli su ilə təmin edilməlidir. Əminəm ki, biz buna da nail olacağıq. Buna nail olmaq üçün isə iqtisadi potensial lazımdır və biz son illər ərzində apardığımız iqtisadi islahatlar, düşünülmüş siyasət nəticəsində iqtisadi imkanlarımızı böyük dərəcədə artıra bilmişik.

Bu gün Azərbaycan iqtisadiyyatı dünya miqyasında bir nümunə kimi göstərilir, hətta böhranlı illərdə bizim iqtisadiyyatımız artır, bu il də artacaqdır. Bizim kifayət qədər böyük maliyyə resurslarımız vardır, onlardan qənaətlə istifadə edirik. Biz bu vəsaiti ölkəyə, xalqa lazım olan bu kimi layihələrə yönəldirik.

Əlbəttə, iqtisadi inkişaf gələcəkdə də bizə imkan verəcək ki, bu günə qədər həllini tapmamış layihələr icra edilsin. Onların içində əlbəttə ki, ilk növbədə, içməli su layihələridir. Çünki qeyd etdiyim kimi, elektrik enerjisi ilə bağlı problemlər demək olar ki, həll olunub. Generasiya gücümüz tələbatdan artıqdır. İndi şəbəkələrdə işlər gedir, yeni qurğular quraşdırılır. Bakıda, bütün şəhərlərdə qazlaşdırma 100 faizdir. İndi kəndlərdə də, – kəndlərin haradasa 50 faizi qazlaşdırılıb, – bu istiqamətdə hələ işlər görüləcək. Azərbaycanda ümumi qazlaşdırma 90 faizə yaxınlaşır.

Belə olan halda növbəti illərdə içməli su, kanalizasiya layihələrinin davam etdirilməsi, başa çatdırılması əsas prioritet məsələ olacaqdır və gələn ilin investisiya proqramında da bu məqsədlər üçün kifayət qədər böyük vəsait nəzərdə tutulmalıdır. Çünki nəinki Bakıda və böyük şəhərlərdə, hər bir yaşayış məntəqəsində təmiz içməli su olmalıdır. Təmiz içməli su sağlam həyat deməkdir.

Bizim siyasətimizin təməlində Azərbaycan vətəndaşı dayanır. Azərbaycanın çox güclü düşünülmüş sosial siyasəti vardır və insan amili bu siyasətin mərkəzində dayanır” – dövlət başçısı bildirib.

Həmçinin oxuyun

“İsa Qəmbərin mövqeyi etik qaydaya sığmırdı” – Yadigar Sadıqlı

Müsavat Partiyasının IX qurultayında başqanlığa namizədliyini irəli sürən, qurultaydan sonra açıqlama və fikirləri ilə diqqət …

Bir cavab yazın