Cümə , Dekabr 4 2020
Ana səhifə / Media / “Leş ət” mafiyasına qarşı mübarizəyə daha bir qurum qoşuldu

“Leş ət” mafiyasına qarşı mübarizəyə daha bir qurum qoşuldu

Azərbaycanda tanınmış brendləri mənimsəyərək eyni adlı məhsul istehsal edən şirkətlər cəzalandırılacaq. Əmtəə nişanlarının bu cür qeyri-qanuni istifadəsi ilə bağlı qanunvericiyə dəyişiklik olunub. Bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.

Onun sözlərinə görə, əvvəllər bu məsələ qanunvericilikdə öz əksini tapmadığından bəzi problemlər yaranırdı. Artıq qanunvericiliyə dəyişiklik olunub və belə şirkətlər cəzalandırılır.

“Əvvəllər əmtəə nişanının qeyri-qanuni istifadəsi ilə bağlı bizim qanunvericilikdə cəzalandırma yox idi. Artıq qanunvericiliyə müəyyən dəyişikliklər olunub və əqli mülkiyyətin müəyyən sahəsi ilə patentlər, əmtəə nişanları ilə də məşğul olduğumuza görə bu məsələ bizə tapşırılıb. Bizim komitə tərəfindən artıq bunun tətbiqinə başlanılıb”, – deyə R.Həsənov bildirib.

Komitə sədri qanun dəyişdiriləndən sonra görülən tədbirlər haqda deyib: “Bir neçə saxtalaşdırılmış əmtəə nişanının qarşısını almışıq. Yəni biz bu prosesə başlamışıq və davamlı olacaq”.

Xatırladaq ki, Azərbaycanda demək olar ki, bütün mağazalarda yerli istehsalı olan “Plombir”, “Belıye noçi”, “Lakomka”, “Veçerniy bulvar” dondurmaları, “Servelat”, “Doktorskaya”, “Yubileynaya”, “Qovyajya”, “Baranya”, “Turistskiye kolbaski” və digər kolbasa və sosiska məhsulları, üzərində rus dilində “Squşennoe moloko” yazılmış əslində isə Kürdəmirdə istehsal olunan qatılaşdırılmış süd, o cümlədən digər içki və şirniyyatlara rast gəlinir. Bu ərzaq mallarının üzərində marka adları rus dilində, kiril əlifbası ilə yazılır. Belə malları istehsal edənlər istehlakçılara öz mallarını Rusiya istehsalı olan mal kimi satırlar. Əslində isə həmin mallar Azərbaycanda, hansısa zirzəmidə, yaxud sanitariya normalarına cavab verməyən sexlərdə, eləcə də tanınmış yerli şirkətlərdə istehsal edildiyini isə ancaq etiketin hansısa küncündə kiçik hərflərlə qeyd olunan yazıdan görmək olar.

Ümumiyyətlə isə Azərbaycanda sertifikatlaşdırılmadan satılan 800-ə qədər mal və xidmət var. Bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Onun sözlərinə görə, ölkə bazarlarında orijinal adı ilə qida məhsulları ilə yanaşı saxta eynək, saat, parfümeriya, geyim, elektrik cihazları və dərman preparatları da satılır.

Onun sözlərinə görə, qida məhsullarından sonra ən çox saxtalaşdırılan parfümeriyadır.

“Bütün parfümeriya məhsullarının üzərində son yararlılıq müddəti olmalıdır. Amma ölkədə satılan parfümeriyanın 90 faizi üzərində belə bir şey yoxdur” – o əlavə edir.

E.Hüseynov bildirir ki, bu hal istehlakçı hüquqlarının pozulmasıdır. “Dövlət orqanlarına bu barədə sorğu göndərəndə, deyirlər ki, bines qurumunun işinə qarışa bilməzlər. Azad bazar iqtisadiqiyyatı elan olunub və biznes qurumları üçün toxunulmazlıq şəraiti yaranıb. İstehlakçı hüquqlarının toxunulmazlığı arxa planda qalıb” o qeyd edir.

Eyyub Hüseynov bazarın təmizlənməsi üçün atılan addımların yetərli olmadığını da deyib. (musavat.com)

Həmçinin oxuyun

RBK-nın jurnalisti Xankəndində gördüklərindən danışdı: Hər kəsdə silah var – VİDEO

RBK-nın Dağlıq Qarabağa ezam olunmuş jurnalisti Aleksandr Atasuntsev “Exo Moskvı” radiosuna Xankəndində gördüklərindən danışıb. Onun …

Bir cavab yazın