Şənbə , Yanvar 16 2021
Ana səhifə / Media / Lerikin İranla sərhəd kəndləri baytarlar tərəfindən nəzarətə götürülüb

Lerikin İranla sərhəd kəndləri baytarlar tərəfindən nəzarətə götürülüb

İran İslam Respublikasında heyvanlar arasında dabaq xəstəliyinin yayılması ilə əlaqədar Lerik Rayon Baytarlıq İdarəsinin əməkdaşları müvafiq tədbirlər görməyə başlayıblar.

APA-nın cənub bürosunun məlumatına görə, İranla həmsərhəd olan rayonda heyvanlar arasında dabağin yayılma riski yüksək olduğundan iri və xırdabuynuzlu heyvanların kütləvi vaksinasiyasına başlanılıb.

Rayon Baytarlıq İdarəsinin 4 nəfərlik baytar-həkim briqadası sərhəddə yerləşən 20 kəndi nəzarətə götürüb.

İndiyədək ərazidə mal-qara arasında heç bir xəstəliyin aşkarlanmadığı bildirilir.

İdarənin rəisi Gülmirzə Tağıyevin sözlərinə görə, dabaq virus xəstəliyi olduğundan geniş yayılır.

Lerikdə vaksinasiya işləri ümumilikdə 40 minədək iribuynuzlu və 130 mindən artıq xırdabuynuzlu heyvanı əhatə edəcək.

12 DƏFƏ OXUNUB

Həmçinin oxuyun

Türkiyə mediası Prezidentin Şuşaya səfərindən yazır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin …

Bir cavab yazın