Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Lerikdə əhali susuz qalıb

Lerikdə əhali susuz qalıb

Lerikdə rayon mərkəzinin əhalisi susuz qalıb.

Rayon mərkəzini içməli su ilə təmin edən boru xəttində qəza baş verib. Zuvand ərazisindən rayona çəkilən içməli su xəttinin təzyiqə tab gətirməyərək sıradan çıxdığı bildirilir.

Sakinlərin sözlərinə görə, belə hallar tez-tez baş verir: “Hər dəfə qəza baş verəndən sonra yayın qızmarında susuz qalırıq. Məcbur olub marketlərdən qablaşdırılmış içməli su alırıq. Bəzi sakinlər isə su maşınlarının gəlməsini gözləyirlər. Bu kimi hallar yay aylarında daha çox olur”. (Report.az)

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın