Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Media / Lerikdə bir ailənin 3 üzvünün diri-diri yandığıhadisənin görüntüləri – VİDEO

Lerikdə bir ailənin 3 üzvünün diri-diri yandığıhadisənin görüntüləri – VİDEO

Lerikdə dəhşətli yanğın baş verib

Rayonun Vizəzəmin kəndində baş verən hadisə zamanı bir ailənin üç üzvü yanıb.

Kənd sakini Elman Hüseynova məxsus evdə naməlum səbəbdən baş verən yanğın qısa müddət ərzində bütün evi bürüyüb.

Yanğın səhər saatlarında qeydə alınıb. Ailənin həmin vaxt yuxuda olması ehtimalı böyükdür.

Yanğın zamanı ev sahibi Elman Hüseynov, onun həyat yoldaşı 50 yaşlı Şükufə Hüseynova və ev sahibinin qızı 22 yaşlı Süsən Mirzəzadə hadisə yerində yanaraq külə dönüb. Yanğın zamanı ailə üzvlərindən biri Mehdi Hüseynov yanğından xilas ola bilib.

Yelmar Hüseynov (ev sahibinin oğlu): “Hadisə baş verəndə mən işdə idim. Zəng vurdular ki, belə bir hadisə olub, çıxdım gəldim. Mən gələndə ev tam yanmışdı. Bilmirəm, normal bir ailə idik, yanğının nədən baş verdiyindən xəbərim yoxdur. İki-üç gün qabaq evə gəlmişdim, hər şey normal idi, şoka düşdüm”.

Hadisənin baş vermə səbəbləri tibbi ekspertizadan və hadisə yerində aparılan araşdırmalardan sonra məlum olacaq.

Həmçinin oxuyun

Zəngilanın işğaldan azad olunması xəbərini sevinc göz yaşları ilə təqdim etdi – Video

Azərbaycanlı teleaparıcı Zəngilanın işğaldan azad olunması xəbərini verərkən sevinc göz yaşlarına hakim ola bilməyib. Həmin …

Bir cavab yazın