Cümə axşamı , Avqust 22 2019
Ana səhifə / Media / Laçın obaları özbaşına buraxılıb? – ŞİKAYƏT

Laçın obaları özbaşına buraxılıb? – ŞİKAYƏT

Laçın rayonu məmur özbaşnalığı pik həddə çatıb.Beləki, redaksiyamıza bu rayondan gələn şikayət məktubları səngimək bilmir.Uluyol.info-ya şikayət məktubu yollayan məcburi köçkün Samir Həsənzadə bildirir ki, rayon Məşğulluq idarəsinin müdiri Balay Bəndəliyev Məşğulluq idarəsini istədiyi kimi idarə edir.Nə qanun tanıyır, nə qayda…

” Hörmətli redaksiya, dəfələrlə sizə və digər KİV-ə yolladığım şikayət məktubları işıqlansada, dəyişən bir şey var.Oda zaman.Elə sadalanan problemlər yerində qalıb, mətbuata informasiya ötürən şəxslər isə təqib olunmaqda, məhkəməyə verilməkdə…

Laçın Məşğulluq idarəsinin müdiri Balay Bəndəliyev bu idarəni özünün, ona sanki varis qalmış kimi idarə edir.İstədiyi qaydanı dəyişə, və yaxud əlavə edə bilər.Yetər ki, istəsin.

Məşğulluq idarəsi adiyyatı üzrə Laçın rayonundan olan məcburi köçkünləri işə götürməli, buda öz ata-baba yurdlarından didərgin düşənlərin maddi həyatında irəlləyiş ola bilər. Amma, B.Bəndəliyev laçınlılardan savayı bütün regionlardan işə götürür, yetər ki 50-50 prinsipinə sadiq işçi olsun.Bu regionlar sırasında Bakı, Sumqayıt, bşeron və s. rayonlarımızı sadalamaq olar.

Maraqlı məqam isə, ölkənin mövcud durumunda imkansız ailələri işə götürmək əvəzinə, bir az dolanışığı normal, Bəndəliyevi “görə” biləcək şəxslər işə götürülür.Bu kimi hallar birmənalı olaraq dövlətin xalq qarşısında imicinə mənfi təsir bağışladığı açıq-aydın ortadadır.

Bildiyiniz kimi Dövlət tərəfindən sahibkarlara subsidiya, yardımlar olur ki, şəxsi biznes, təsərrüfat sahələri inkişaf etdirilsin.Amma Laçın rayonunda bu iş bir az fərqlidir.

Laçın rayon Qarakeçdi kənd sakini Mikayıl Məmmədyar oğlu məşğulluq idarəsi vasitəsilə heyvan almaq üçün dövlətin ona ayıracağı pulu almaq üçün 800AZN tələb olunur.Tələb olunan pulu Bədəliyev özü üçün deyil, icra başçısının tələbi olduğunu deməkdən çəkinməyib və israrla 800AZN istəyir.Mikayılın isə ailə vəziyyəti buna imkan vermir.Birinci hər hansı iş üçün icra orqanına rüşvət vermə bu özü cinayətdir, ikinci isə 6 nəfər ailə ilə nəinki 800 manat, heç 80 manat da verməyə imkanı yoxdur.Beləliklə, Mikayıldan 800AZN-ala bilməyəcəyin görən cənab Bəndəliyev ona dövlət tərəfindən ayrıklacaq yardımı əngəlləyib.

Bir daha əzilən laçınlılar adından sizin sayt vasitəsilə ölkə başçısı, cənab İlham Əliyevdən xahiş edirik ki, belə məmurları cəzalandırasız.Onsuzda yaxın tarixdə biz məcburi kökünlər olmazın əzab-əziyyət görmüşük.Amma bu gün düşmən deyil, özümüzkülərdən belə reaksiya görəndə nə bir iş görməyə, nə də yaşamağa həvəs qalır.Hərçənd biz laçınlılar qisas hissi ilə yaşayıb , öz ata-baba ocaqlarımıza qayıtmağı hədəfləməliyik.Məcburi köçkün-Həsənzadə Samir Əsəd oğlu(050 989 49 26)”

Qarşı tərəfində mövqeyini dinləməyə hazırıq.

Həmçinin oxuyun

Gürcüstanın “Rustavi 2” kanalına alıcı tapılmayıb

“Gürcüstanın “Rustavi 2” televiziya kanalı bir həftədir satışa çıxarılsa da, ona alıcı tapılmayıb”. “Report”un Gürcüstan …

Bir cavab yazın