Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Lənkəranda təhlükə saçan ağaclar – VİDEO

Lənkəranda təhlükə saçan ağaclar – VİDEO

Ağacları qorumaq, yaşıllığın qeydinə qalmaq mühüm vəzifə olsa da iş təkcə bununla bitmir. Bəzən qurumuş və ya elektrik xətlərinə toxunan ağac budaqları da təhlükə daşıyır. İşıqforların qarşısını kəsən ağac budaqları isə sürücülər üçün çətinlik törədir və qəza şəraiti yaradır. CTV (Region TV) xəbər verir ki, bununla bağlı müvafiq tədbirlər hansı səviyyədə görülür və sözügedən məsələ ilə bağlı vətəndaş hara müaricət etməlidir. Şəhərin mərkəzi küçələrinin birində tam müasir elektron işıqfor quraşdırılsa da ağacların budanmadığı üçün sürücülər nə hansı işığın yandığını, nə də saniyələri görə bilirlər. Digər bir problem isə qurumuş və budaqları təhlükə törədən ağaclarla bağlıdır. Xüsusilə küləkli havalarda bu ətrafdan keçən insanlar, avtomobillər və elektrik naqilləri üçün qəza şəraiti yaradır. Sakinlər deyir, onlara nə yaxınlaşa bilirlər, nə də o ətrafda maşın saxlamaq mümkündür. Ağacın kəsilməsinin yolverilməz olduğu anlaşılandır. Çünki qanunvericilikdə bu məsələyə icazə verilmir. Lakin tam qurumuş ağaclara və qəza şəraiti yaradan budaqlara nəzarət etmək də cinayət məsuliyyəti yaratmır. Müşahidələr zamanı məlum oldu ki, hamının gözü qarşısında olan təhlükə ilə bağlı mütləq kimsə aidiyyatı orqana müraciət etməlidir. Yalnız bundan sonra məsələnin müsbət həllinə nail olmaq olar. Afiq Məlikov: “Ərizə formasında Ekologiya və Təbii Sərvətlər Şöbəsinin yerli qurumuna müraciət olunur. Həmin ərizə əsasında ekspert qrupu yerində ağacı nəzərdən keçirir. Müvafiq rəy yazıldıqdan sonra aidiyyatı üzrə qurumlar o ağacı kəsirlər.” Sonda məlumat üçün bildirək ki, xüsusi icazə olmadan heç bir halda ağacın kəsilməsinə və ya budanmasına icazə verilmir. Qanunsuz ağac kəsənlər – fiziki şəxslər 2200 AZN, vəzifəli şəxslər 9000 AZN, hüquqi şəxslər isə 30 000 manata kimi cərimə olunur.ccccccddddddddfffffffggggggghhhhhhjjjjjjj

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın