Ana səhifə / Media / Lənkəranlı deputatlar qırğına çıxdı – pul davası

Lənkəranlı deputatlar qırğına çıxdı – pul davası

Lənkəranlı deputatlar arasında turizm biznesi uğrunda qovğa dərinləşib. 24saat.org-a verilən məlumata görə, Hadı Rəcəbli Rüfət Quliyevə rayonda turizm obyektlərini tikməyə imkan vermir.
Bu sektorda həmkarını sıxışdıran H.Rəcəbli şəhərdə iki istirahət mərkəzinə sahiblik edir.Hazırda Lənkərandakı “Palıdlı sahil” istirahət mərkəzi və “Mayak” hoteli deputata məxsusdur.
R.Quliyev ilk vaxtlarda siqaret fabrikindən və sələmçilikdən qazandığı milyonlara daha çox enerji sərf etdiyi üçün turizmə investisiya qoymağı düşünməyib. Bu müddətdə isə H.Rəcəbli ayıq-sayıq tərpənib və turizm obyektlərinin sayını artırıb.
Əldə etdiyimiz xəbərə görə, hazırda hər iki obyektə gələnlər var. Ancaq R.Quliyev rayonda ciddi turizm biznesi yoxdur. Bu da rəqabətin yaranmasına səbəb olub.

Mənbə qeyd edib ki, H.Rəcəbli ilə R.Quliyevin münasibətləri hər zaman soyuq və məsafəli olub. Turizm maraqları isə həmkarları toqquşdurub. R.Quliyevin Lənkəranda hotel tikdirmək istəyi olduğu deyilir.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın