Bazar , Noyabr 17 2019
Ana səhifə / Media / Lənkəranın səfalı yerlərində torpaqları kimlər mənimsəyir…

Lənkəranın səfalı yerlərində torpaqları kimlər mənimsəyir…

Lənkəran rayonun Bürcəli kənd sakini Heybət Hüseynov deyir ki, onların pay və meşə torpaqları kənar adamlara həyətyanı sahə kimi satılır. Onun bildirdiyinə görə, kəndin ətrafında 800-dən çox nadir ağac qırıblar: “Bürcəli kəndi Xanbulan bələdiyyəsinə daxildir.Hər iki kəndin ərazisi dağ yamaclarında yerləşir.Səfalı yerlərdir.Bu yerlərə baş çəkən imkanlı adamlar, torpaq alıb ev tikmək istəyirlər. Həyətyanı sahələr tükənib.İndi də daraşıblar əkin sahələrinə. Əkin sahələrini həyətyanı sahə kimi sənədləşdirib satırlar. ”

Kənd sakini deyir ki, torpaqların qanunsuz satılmasında böyük bir dəstə fəaliyyət göstərir: “Burda torpaqların qiyməti Bakıdan geri qalmır. Ağaclar qırılır. Bir neçə il bundan əvvəl kəndin ətarafı meşəlik idi.İndi çox az ağac qalıb. Dağ yamacları çılpaqlaşır. Bu da torpaq sürüşməsinə səbəb olur… 

Heybət Hüseynov deyir ki, bu vəziyyətlə bağlı müxtəlif təşkilatlara şikayətlər edib, onlar isə gülməli cavablar göndərirlər: “Ekologiya və Təbii Sərvətlər nazirliyinə, Əmlak MəsələləriDövlət Komitəsinə, BaşProkurorluğa və digər orqanlara müraciət etmişəm.Şikayətim əldən-ələ ötürülür…”

Heybət Hüseynov 3 təşkilatdan ona cavab məktubu gəldiyini deyir. Cavab məktubların heç biri onu qane etmir. Ekologiya və Təbii Sərvətlər nazirliyi cavab verib ki, bu məsələ onlara aid deyil. Şikayət məktubu tədbir görülməsindən ötrü Əmlak Məsələləri Dövlət Komitəsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinə göndərilib. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqlarıın Dövlət İdarəetməsinin təşkili üzrə Dövlət Agentliyi isə belə bir cavab yazıb: “Müraciətdə qeyd olunan məsələləri Əmlak Məsələləri Dövlət Komitəsinin 9 saylı Ərazi şöbəsinin mütəxəssisləri araşdırıb. Məlum olub ki, torpaq islahatından əvvəlki illərdə qeyd edilən kənd təsərrüfatı təyinatlı torpaqlarda fərdi yaşayış evləri tikilib. Hal-hazırda isə torpaqların təyinatdan kənar istifadəsi hallarının qarşısının alınması istiqamətində qanunamüvafiq tədbirlər görülür.

Kənd sakini isə deyir ki, heç bir tədbir görülmür .Əkin sahələrini və meşə zolaqlarının satılması halları yaxın illərdə baş verib və bu gün də davam edir. Onun dediyinə görə, bütün bu qanunsuzluqları kənd bələdiyyəsinin əli ilə həyata keçirdirlər.

Xanbulan kənd icra nümayəndəsi Faiq Köçəriyev isə deyir ki, şikayətlər əsasında yoxlama aparılıb: “ Kənd sakinin şikayəti ilə bağlı komissiya yaradılmışdıƏrazidə yoxlama aparılıb. Lakin şikayətlər təsdiqin tapmayıb ”. (“Azadlıq” radiosu)

Həmçinin oxuyun

Erməni jurnalistləri və badımcan dolması…

Dünən sevincimdən yata bilmədim. Axır ki hörmətli Elmar Məmmədyarovun rəhbərlik etdiyi Xarici İşlər Nazirliyi Qarabağ …

Bir cavab yazın