Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Lənkərandakı dəhşətli qəzanın görüntüləri – VİDEO

Lənkərandakı dəhşətli qəzanın görüntüləri – VİDEO

Lənkəranda idarəetməni itirən sürücü əvvəlcə heyvanı vurub, daha sonra isə digər avtomobillə toqquşub.

Nəticədə 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Hadisə Ələt-Astara yolunun Liman şəhər ərazisindən keçən hissəsində qeydə alınıb. Astara rayonu istiqamətində hərəkətdə olan Astara sakini, 33 yaşlı Rüstəm Süleymanovun idarə etdiyi “Mercedes”, Lənkəran sakini Kamran Xudiyevin idarə etdiyi “VAZ”la toqquşub.

Qəza nəticəsində “VAZ”-ın sürücüsü Kamran Xudiyev və 45 yaşlı Səbirə Əlimirzəyeva hadisə yerində dünyasını dəyişib.

“Mercedes”in sürücüsü, sərnişinləri – Sumqayıt şəhər sakinləri 37 yaşlı Solmaz Hüseynova, 33 yaşlı İradə Mikayılova, “VAZ”-ın sərnişinləri Elməddin Əlizadə və Facir Əlimirzəzadə təcili tibbi yardım avtomaşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Facir Əlimirzəzadənin vəziyyəti ağır olaraq qalır.

Hadisə zamanı avtomaşında sıxılmış vəziyyətdə qalan “VAZ”-ın sürücüsünün cəsədi Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın