Şənbə , Yanvar 16 2021
Ana səhifə / Media / Lənkəran-Lerik şosesində yenə sürüşmə olub – VİDEO

Lənkəran-Lerik şosesində yenə sürüşmə olub – VİDEO

Yanvar ayında bölgəyə yağan intensiv yağıntı Lənkəran-Lerik şosesində yenidən torpaq sürüşmələrinə səbəb olub. APA-nın cənub bürosunun məlumatına görə,  ən gərgin vəziyyət yolun 27-ci kilometrliyində qeydə alınıb. Belə ki, torpaq sürüşməsi əhatə dairəsini genişləndirməklə şose yolun asfalt qatını bürüyüb.
25 saylı Lerik Rayon Yol İstismar Sahəsinin baş mühəndisi Ziyafət İsmayılov APA-ya bildirib ki,  Lənkəran-Lerik şosesində sürüşmə sahəsində daha çox aktivlik yolun 17-29 və  46-53-cü kilometrliklərində müşahidə olunmaqdadır: ”Biz sürüşmənin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görürük, su kanalları təmizlənir, su axarları yol yatağından kənarlaşdırılır. Yolda genişlənmə və bərkitmə işləri görülməlidir, istinad divarları tikilməlidir”.
Hazırda bölgədə sabit  hava şəraiti hökm sürdüyündən Lənkəran-Lerik şosesində nəqliyyatın hərəkətində hər hansı çətinlik müşahidə olunur.

Həmçinin oxuyun

Türkiyə mediası Prezidentin Şuşaya səfərindən yazır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin …

Bir cavab yazın