Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Kvas içək, ya yox? – FOTOLAR

Kvas içək, ya yox? – FOTOLAR

Yay vaxtı sərinləşdirici içkilərə tələbat artır. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə sərinləşdirici içkilərin açıq satışı qadağan edilsə də, yol kənarlarında, əhalinin sıx olduğu küçələrdə, bazarlarda kvas çəlləklərinə rast gəlinir.
Bəs, sərinləşmək istəyi ilə içdiyimiz kvas haradan əldə edilir? Çəlləklərin içərisi təmizlənirmi?
Xətai rayonunun Gəncə prospektində yol kənarında kvas satan deyir ki, onu zavoddan gətirirlər: “Kvası zavoddan hazır alıb gətiririk. İçki çörəkdən hazırlanır. Kvasın keyfiyyəti çörəkdən asılıdır”.
Çəlləyə gəldikdə, satıcı onu internet vasitəsi ilə aldığını deyir: “Elan saytlarında çəlləkdən tutmuş soyuducuya qədər hər şey tapmaq olar. Bu çəlləyi 4 ildir istifadə edirik”.
Alıcılar kvası içdikdən sonra stəkanlar yuyulmadan yerinə yığılır. Satıcı bu iradımıza “indiyədək heç kim narazılıq etməyib, yumağa ehtiyac yoxdur” cavabını verir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, kvas tez turşuyan içki olduğuna görə onun saxlanılması çətindir. “Kvas yeganə içkidir ki, 1 litr qıcqırmış içki çəlləkdəki bütün içkini məhv edə bilər. Kvas qıcqırdılmış xəmirdən hazırlanır və içərisinə qıcqırdıcı maddələr qatılır”,-deyə təşkilat rəhbəri bildirir.
Onun sözlərinə görə, kvas çəlləklərinin içərisində çöküntü yaranır: “Çəlləklər vaxtlı-vaxtında təmizlənmir. Onların içərisi görünmür, xəmirdən hazırlanmış məhsulun tərkibində qurdların əmələ gəlib-gəlmədiyi bəlli deyil. Kvas çəlləkləri yuyulmalıdır. Əhali stəkanların təmiz olub-olmadığına diqqət yetirməlidir. Kvasın dadına, rənginə baxmaq lazımdır”. (Virtualaz.org)

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın