Çərşənbə axşamı , İyul 16 2019
Ana səhifə / Media / Kür çayı yazda daşmaq əvəzinə qurumağa başlayıb

Kür çayı yazda daşmaq əvəzinə qurumağa başlayıb

Kür çayı, ötən il olduğu kimi, bu yaz da daşmaq əvəzinə qurumağa başlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, mayın 27-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Salyan məntəqəsində 5, Bankədə və Araz çayının Novruzlu məntəqəsində 3 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 352 sm (2015-ci il mayın 27-də 348 sm), Salyanda 175 sm (2015-ci il mayın 27-də 197 sm), Bankədə 179 sm (2015-ci il mayın 27-də 190 sm), Araz çayının Novruzlu məntəqəsində isə 60 sm (2015-ci il mayın 27-də 113 sm) təşkil edir.

Yerləşdiyi coğrafi məkanın relyefinə görə çayın səviyyəsinin ən çox azaldığı məntəqə isə Salyandır.

Beləliklə, Kür çayının aşağı axınında yerləşən rayonlar 2003-2010-cu illərdə daşqınlardan əziyyət çəkirdisə, son illər hətta bolsululuq dövrü olan yaz aylarında belə çayın səviyyəsinin normadan aşağı olmasından əziyyət çəkirlər. Belə ki, üzərinə su nasosları bərkidilən kiçik salların quruya çıxması nəticəsində işləməsi qeyri-mümkün olur. Nəticədə, yaşayış məntəqələrinin su ilə təchizatında problemlər yaranır.

Son illər Kürün aşağı axınında ilin yaz aylarında daşqınlardan ehtiyatlanan yerli sakinlər çayın quruması nəticəsində adacıqların yaranmasını təəccüblə qarşılayıblar.

Yerli sakinlər və ekoloqlar virtualaz.org saytının Şirvan bürosuna açıqlamalarında bunu dağlardakı qar örtüyünün gec əriməsi və ekoloji tarazlığın pozulması ilə izah edirlər. Onlar Kürün Salyanda son 30 ildə bu qədər quruduğunu xatırlamadıqlarını deyirlər.

 

Həmçinin oxuyun

Uzun iş günü insulta səbəb olur

Əgər insan uzun müddət istirahətsiz işləyirsə, onun insult riski artır. Bunu alimlər deyiblər. Uzun müddətli …

Bir cavab yazın