Cümə , Yanvar 15 2021
Ana səhifə / Media / Küləkli hava sabah da davam edəcək: dağlarda qar yağacaq

Küləkli hava sabah da davam edəcək: dağlarda qar yağacaq

Aprelin 25-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Virtualaz.org Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz güclənəcək.

Havanın temperaturu yarımadada gecə 7-10° isti, gündüz 14-17° isti, Bakıda gecə 7-9° isti, gündüz 14-16° isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 7-12° isti, gündüz 15-20° isti, dağlarda gecə 2-7° isti, gündüz 8-13° isti olacağı gözlənilir.

Həmçinin oxuyun

“Tərəfkeşlik oldu, mətbuatı ələ almağa çalışdılar…“ – Deputat

Azərbaycanda “Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılır. Bununla bağlı yanvarın 12-də prezident İlham Əliyev …

Bir cavab yazın