Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Külək və leysan Qəbələdə fəsadlar törətdi

Külək və leysan Qəbələdə fəsadlar törətdi

Güclü küləklə müşayiət olunan dolu və leysan yağışı Qəbələ rayonunda təsərrüfatın ayrı-ayrı sahələrinə ziyan vurub.

APA-nın xəbərinə görə, bu gün saat 19 radələrində Qəbələ rayonunun Bum qəsəbəsinə, Həmzəli, Qəmərvan kəndlərinə dolu düşüb. Təxminən 20 dəqiqə yağan dolu yağışı və qasırğa meyvə-tərəvəz və əkin sahələrinə ziyan vurub.

Külək ağacların budaqlarını sındıraraq elektrik naqillərinin üstünə və avtomobil yollarına aşırıb, bəzi kəndlərə elektrik verilişi dayanıb. Hazırda rayonda leysan yağışı davam edir. Nəticədə çaylarda suyun səviyyəsi artıb, bəzi həyətyanı sahələri, yolları su və lil basıb, kəndlilərin otlaq və taxıl sahələrinə, meyvə məhsullarına ziyan dəyib.

Həmçinin oxuyun

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” …

Bir cavab yazın