Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Külək, şimşək və yağış… – Sabahın hava proqnozu açıqlandı

Külək, şimşək və yağış… – Sabahın hava proqnozu açıqlandı

Sabah Bakıda və Abşeron yarımadasında sərin hava şəraiti davam edəcək.

Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, iyulun 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 27-31° isti, Bakıda gecə 21-23° isti, gündüz 28-30° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22°, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 28-33° isti, dağlarda gecə 10-15° isti, gündüz 16-21° isti olacağı gözlənilir.

 

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın