Bazar ertəsi , Oktyabr 21 2019
Ana səhifə / Media / Kukla ilə söhbət deputatların narazılığıan səbəb oldu

Kukla ilə söhbət deputatların narazılığıan səbəb oldu

Kukla ilə söhbət deputatların narazılığıan səbəb oldu 4 oktyabr, 2019 [11:00]

Deputatlar - Dadaş

İctimai Telekanalda yaradılan yeni layihə kreativliyi ilə seçilsə də cəmiyyətdə birmənalı qarşılanmayıb. Belə ki kanalın hazırladığı “3D” verilişində aparıcı qismində robot kukladan Dadaş Dadaşlı obrazısından istifadə edilir.

Dadaş Dadaşlının verdiyi suallar monoton deyil, bəzən zarafat adı altında kəskin və aktual problemləri əks etdirən məslələr qabardılır. Bəlkə elə məhz buna görə, aparıcı əvəzinə kukla obrazı yaratrmaq ideyası ortaya çıxıb. Proqram tanınmış simalar dəvət alırlar. Deputatlardan Hadı Rəcəbli, Qənirə Paşayeva, Tahir Kərimli və bir sıra ictimaiyyət nümayəndələri bu verilişin qonağı olublar. Bu günlərdə deputat Fəzail Ağamalı bu proqrama qatılmaqdan imtina edib.

Fəzail Ağamalı Bizimyol.info saytına bildirib ki, verilişin formatı onu qane etməyib, dəvəti qəbul edib İctimai kanalın redaksiyasına getsə də sonra aparıcı ilə deyil, kukla ilə həmsöhbət olacağını biləndə proqramı tərk edib. Bunu özünə yaraşdırmayıb.

Deputat Ağacan Abıyev Bizimyol.info-ya verdiyi aıqlamada həmkarının addımını dəstəkləyib. Ağacan Əbiyev proqrama dəqiq baxmasa da mumiyytlə bu kimi şeyləri qəbul etmədiyini deyərək bunu oyun olaraq dəyərləndirib. Ağacan Əbviyev belə bir proqramdan dəvət alsa qəti şəkildə qatılmayacağını söylədi.

Azər Həsrət

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət redaksiyamıza verdiyi açıqlamada deputatların yanaşma tərzinin dəyişdirilməli olduğunu söylədi. “ İctami kanal yeni formatda proqramlar hazırlayır. Ola bilər ki, bizim hörmətli deputatlarımız, xüsusən də orta və yaşlı nəslin nümayəndləri texnologiyalara o qdər də açıq deyillər. Bir qədər ögey münasibət bəsləyirlər. Lakin yaxşıp olardı ki,onlar bu yanaşmanı dəyişsinlər və kanalın növbəti dəfəki dəvətini qəbul etsinlər. Bəli , bu proqramda bir qədər ironiya da var, onun dadı duzu elə bundadır. Dadaş dadaşlınskinin sualları gözlənilməzdir. Özünə inana adam onun qarşısında dayana bilər. Bu suallar monoton deyil, gündəlik həyatımızı, bəlkə də qonağın həyatında baş vermiş ən yaddaqalan halları yada salan suallar verir.Şəxsən mənim özümə bir tamaşaçı kimi maraqlı gəlir. Bu əslində qeyri-ciddi proqram deyil. Sadəcə bu günə qədər alışmış olduğumuz formatdan bir qədər fərqlənən gözəl bir layihədir”.

Osman Gündüz isə sualımıza sualla cavab verib.İTV-nin 3D verilişinin formatı önəmlidir yoxsa Dadaşlinskinin suallarının mahiyyəti ?

Bəzi millət vəkilləri, tanınmışlar İTV-nin 3D layihəsinə çıxmaqdan imtina ediblər.

Düşünürəm ki bu, doğru bir yanaşma deyil.

İTV dövlət büdcəsindən maliyyələşən bir media qurumudur, bu qurumun fəaliyyəti üçün vəsaitin ayrılamsına da elə depuatatlar səs veriblər.

Sadəcə, elə bu baxımdan onların bu addımı məntiqli görsənmir.

Eyni zamanda deputatlar, dövlət məmurları , ictimai yük daşıyan şəxslər də onlara ünvanlanan sualları açıqlamağa borcludurlar.

Sualın hansı formatda verilməsi deyil, mahiyyətcə necə olması daha önəmlidir .

Əgər sualda qanunvericiliklə müəyyən olunan qadağalar, etikadan kənar ifadələr, təhqir və böhtan yoxsa onda , fikrimcə, bu cür ictimai yük daşıyan şəxslərin imtinası doğru bir yanaşma deyil.

İTV, dövlət büdcəsindən maliyyələşən media qurumu Azərbaycan reallıqlarını nəzərə alaraq animasiya formatında, anonim formatda suallar ünvanlayırsa , düşünürəm ki adı çəkilən ictimai şəxslər daha çox 3D-nin formatına yox, sualın mahiyyətinə diqqət etməlidir.

Fikrimcə hansısa yeknəsək, mənasız və şablon suallar verən canlı aparıcıdansa elə 3D, Dadaşlinski indiki məqamda daha uğurlu hesab oluna bilər .

Cəmiyyət üçün bu sualların hansı formatda verilməsi deyil, daha çox hansı mahiyyətdə sualların verilməsi ictimai əhəmiyyət kəsb edir.

Cəmiyyət bu sualların 3D yaxud Dadaşlinski tərəfindən deyil, elə publik qurum olan İTV tərəfindən verildiyinin fərqindədir.

Odur ki , düşünürəm ki, deputatlarımızın İTV-nin fəaliyyətinin daha da canlandırılmasına, plüralizmin inkişafına, aktual mövzular ətrafında maraqlı tərəflərin iştirakı ilə canlı diskussiyaların təşkilinə yönəlik təkliflər verməsi daha doğru yanaşma olardı.

Ümid edirəm hörmətli deputatlarımız və məmurlarımız bunu nəzərə alacaqlar”.

Həmçinin oxuyun

“İsa Qəmbərin mövqeyi etik qaydaya sığmırdı” – Yadigar Sadıqlı

Müsavat Partiyasının IX qurultayında başqanlığa namizədliyini irəli sürən, qurultaydan sonra açıqlama və fikirləri ilə diqqət …