Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Media / Küçə itləri insanları təşvişə salır, tədbir görənsə yoxdur

Küçə itləri insanları təşvişə salır, tədbir görənsə yoxdur

Küçə itlərinin sayı günü-gündən artır. Dəstə-dəstə gəzən “dördayaqlılar” artıq şəhər sakinlərinin qorxulu kabusuna çevrilib. Çünki onlar dəfələrlə insanlara hücum edib, onları qorxudub. Bu hadisələrdən biri də jurnalist Ağanisə Sultanovanın başına gəlib.

Ötən gün o, küçə itlərinin hücumuna məruz qalıb:“Yolda onlarla avtomobil dayandı, tanımadığım insanlar məni xilas etdilər. Tanımadığım gözəlürəkli, mərhəmətli insanlar, bir də jurnalist Etibar Cəbrayıloğlunun ağılll övladı Turanın yardımını unutmayacağam. Əvvəlcə təcili tibbi yardıma, sonra da “Semaşko xəstəxanası”na götürdülər. Çox qorxuram, hələ də kabus gözlərimin qarşısından getmir. Özünüzü, övladlarınızı, yaxınlarınızı küçə itlərindən qoruyun, xüsusən də 20-ci sahədə…”

Küçə itlərinin yaratdığı problemlər isə günü-gündən artır. Hətta, bununla bağlı tədbir görmək üçün mayın ayında sosial şəbəkələrdə kampaniya  da başladıldı. Təəssüf ki, məsələ həllini yenə də tapmadı.

Musavat.com olaraq sahibsiz itlərlə bağlı məsələyə aydınlıq gətirmək üçün  Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da, zəngimizə cavab verən olmadı.

Sahibsiz itlərlə necə davranılmalıdır?

Sahibsiz itlərin insanların gözü qarşısında öldürülməsi, işgəncəyə məruz qalması adi hala çevrilib. Baxmayaraq ki, Azərbaycan 2007-ci ilin mayında Heyvan Hüquqlarının Qorunmasına dair Avropa Konvensiyasına qoşulub. Heyvanlarla amansız davranan şəxslər İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cəzalara görə, 500 manatadək cərimə edilməlidir. Lakin buna məhəl qoyan yoxdur.

İtlərə sahib çıxılması, onları müayinə edib, zərərsizləşdirməyə çalışılması, qısırlaşdıraraq sayının artmasının qarşısının alınması hallarına isə nadirən rast gəlirik.

Dünya təcrübəsində sahibsiz itlərin aqibəti necə olur?

Xarici ölkələrdə Bakıdan fərqli olaraq itlərin qəddarcasına öldürülməsi halları yoxdur. Orada küçə heyvanları dövlət qurumları tərəfindən toplanır, müayinə olunur. Insanlar üçün təhlükəli olan itlər ağrısız şəkildə öldürülür. Digərləri isə müəyyən prosedurlardan sonra insanaların arasına buraxılır. Eyni zamanda isə üzərilərinə işarə vurulur ki, insanlar onları ayıra bilsinlər.

Həmçinin oxuyun

“Axı niyə İrəvanı bombalamırlar?” – “Kommersant” qəzeti

17 oktyabr gecəsi Azərbaycanın ikinci böyük şəhəri Gəncə yenidən beş gün əvvəlki hadisələri yaşadı. “Elbrus” …

Bir cavab yazın