Aygün Yusifova krediti bitdiksən sonra borcunun qaldığını öyrənib.

O, devalivasiya müddətində də gecikməsinin olmadığını deyir. Aylıq ödənişi yeni qiymətlərlə vaxtı-vaxtında ödədiyini bildirir. 2 il ərzində banka 19 min manatan çox pul ödəyən qadın, əlindəki sənədlərə əsaslanıb borcunun qalmadığını idda edir.

Qadının evinə bank tərəfindən bir neçə dəfə xəbərdarlıq məktubu göndərilib. Onun ödəmədiyini gördükdə isə, borc zamindən tələb edilir. Qadın, ona inanaraq zamin duran şəxsin iş yerində problemlə üzləşə biləcəyindən narahatdır.

Bankdan qadına bildiriblər ki, adında olan mənzili və ya avtomobili sataraq borcunu ödəyə bilər. Qadının “Əgər borcum varsa məni məhkəməyə verin” tələbi isə cavabsız qalıb.

Mütəxəssislər çıxış yolunu məhkəməyə müraciət etməkdə görürlər.