Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Kreditini bağlayıb, amma evini və qızıllarını girovluqdan çıxara bilmir – VİDEO

Kreditini bağlayıb, amma evini və qızıllarını girovluqdan çıxara bilmir – VİDEO

Evini və qızıllarını banka girov qoyaraq kredit götürən Bərdə rayon sakini çıxılmaz vəziyyətdə qalıb.

O, borcunu bağlayandan sonra əmlakını almaq istəsə də, bank əlavə borcunun olduğunu bildirib. Üstəlik, onun depozit kimi qoydugu 2 min manat da yoxa çıxıb.

Bərdə sakini Səxavət Səlimov 2015-ci ildə rayondakı banklardan birindən kredit götürüb. 5 min manatlıq qızıl və evini isə girov qoyub. O, faizi ilə birlikdə ödəyəcəyi məbləğin 9 min 300 manatını qaytarıb. Bir müddət sonra borcunu bir neçə ay gecikdirsə də, bankın onun pulundan depozıt kimi götürdüyü 2 min manat puldan çıxacağını fikirləşib. Lakin bank müştəridən xəbərsiz əlavə faiz yazıb.

Onun qalan 13 min 200 manat borcu artaraq 15 min 150 manat hesablanıb.

Səxavət Səlimov üzərinə düşən borcu qurtarıb girovlarını geri almaq istəsə də, hazırda bağlanmış bankın nümayəndələri özlərinin hesabladığı məbləği istəyirlər. Üstəlik, onun banka qoyduğu 2 min manat depozit pulu da yoxa çıxıb.

Hazırda Bərdə sakini çıxılmaz vəziyyətdə qalıb. Dəfələrlə həmin bankın hüquqşünasları ilə görüşsə də, vəziyyət dəyişməyib. Mütəxəssislər isə bildirirlər ki, bank birtərəfli qaydada faizləri artırırsa, bu, mülki qanunvericiliyə ziddir.

İndi Səxavət Səlimov başına gələn bu məsələ ilə bağlı məhkəməyə müraciət edəcək.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın