İqtisadçılar bu məsələdə əsas məqamın kreditin məbləği olduğunu düşünür.

Vüqar Bayramov deyir ki, kredit ödənişlərinin vaxtlı-vaxtında edilməsi və şəxsin kredit tarixçəsinin normal vəziyyətdə olması vacibdir.

Digər məqam sosial ev almaq hüququ olan şəxslərin ailə üzvlərinin maaşlarının ümumi məbləğə hesablanıb-hesablanmamasıdır. Gənc ailənin üzvlərindən birinin maaşı 300, digərininki 600 manatdırsa, onda həmin ailənin birlikdə 900 manat götürüləcək. Bu isə sosial mənzil almaq istəyən, lakin yüksək maaş almayanlar üçün fürsət deməkdir.